Avropa Şurasının Baş katibi Azərbaycana gəldi
Bizi izləyin

Nida.az

Avropa Şurasının Baş katibi Azərbaycana gəldi

Avropa Şurasının Baş katibi Turbyen Yaqland Azərbaycanda səfərdədir.

Avropa Şurası Baş katibinin mətbuat katibi Daniel Holgen bildirib ki, səfərin əsas məqsədi Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə Azərbaycan-Avropa Şurası fəaliyyət planını müzakirə etməkdir.

Onun sözlərinə görə, səfər çərçivəsində T.Yaqland Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclis sədri Oqtay Əsədov, habelə Xarici İşlər Naziri Elmar Məmmədyarov, Energetika naziri Natiq Əliyev və Ədliyyə naziri Fikrət Məmmədovla görüşlər keçirəcək.

Səfər mayın 22-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm