“MN-də kadr dəyişikliyinə MTN nəzarət etməlidir”
Bizi izləyin

Nida.az

“MN-də kadr dəyişikliyinə MTN nəzarət etməlidir”

“Müdafiə Nazirliyində kadr dəyişikliyinə MTN nəzarət etməlidir”

“Müdafiə Nazirliyində kadr dəyişikliyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarəti altında aparılmalıdır”.

Bu barədə “erməni əsilli polkovnik”lə bağlı məlumatı yayan “Doktrina” Hərbi Jurnalistlərin Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Cəsur Sumərinli Publika.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ döyüşlərində məğlubiyyətin əsas səbəblərindən biri hərbi informasiyaların sızdırılması idi: “Bir sıra döyüş əməliyyatları məhz buna görə uğursuzluğa düçar oldu. Bu baxımdan, hazırki kadr dəyişikliyinə ciddi nəzarət edilməlidir. Biz erməni əsilli polkovniklə bağlı xəbəri vaxtilə mətbuatda yazılanlara istinadən yaymışdıq. Müdafiə nazirliyi ilə məlumatı təkzib etmədi, sadəcə bu şəxsin ordu sıralarından tərxis olunduğu vaxtı açıqladı. Biz ölkədə milli ayrı-seçkiliyin əleyhinəyik. Azərbaycanda müxtəlif millətlər yaşayır, o cümlədən ermənilər. Lakin Ermənistanla müharibə şəraitində olduğumuz üçün erməni əsilli şəxslərin yüksək vəzifələrdə çalışması doğru deyil. Həmçinin, bu Rusiyaya bağlı olanlara da aiddir. Çünki heç kim zəmanət verə bilməz ki, hərbi informasiya sızıntısı olmayacaq”.

Ekspert hesab edir ki, hüquq-mühafizə orqanları, xüsusilə də MTN yüksək vəzifələrdə kadr təyinatına nəzarət etməlidir.

“Ciddi nəzarət edilməsə, problemlər yaşana bilər. hazırda Müdafiə Nazirliyi sistemində erməni əsilli şəxslər yenə də var. Sadəcə olaraq əlimizdə konkret faktlar olmadığı üçün dəqiq informasiya verə bilmirik. Bu məsələlərə MTN nəzarət etməlidir”-deyə C. Sumərinli bildirib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm