İsmayıl Alper Coşqunun Azərbaycan mesajı
Bizi izləyin

Nida.az

İsmayıl Alper Coşqunun Azərbaycan mesajı

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun 28 may Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

ANS PRESS-in məlumatına görə, Alper Coşqun bu münasibətlə təbrik mesajı yayıb: “Azərbaycanın həyəcan və haqlı olaraq keçirdiyi qürur hislərini biz də paylaşırıq”.

Qeyd edək ki, dünyada 5 min xalq dövlətçilik uğrunda mübarizə aparır və yalnız 120 xalqın milli dövləti var. Bu 120 xalqdan biri də məhz Azərbaycan xalqıdır. Düz 96 il öncə - 1918-ci il mayın 28-də xalqımız dövlət müstəqilliyini elan etdi və Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı bu gün də Vətənimizin başı üzərində qürurla dalğalanmaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm