Nida.az
Səudiyyə Ərəbistanı erməni terrorunu pisləyib
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ziyafət Əsgərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışıb: “İki ölkə arasında ticari-iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir. Qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Qarşılıqlı münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin də mühüm rolu vardır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır. Onun sözlərinə görə, bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilibdir.
1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror
aktı törətdiyini deyən Ziyafət Əsgərov qonaqlara Xocalı soyqırımı
haqqında məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına
təşəkkürünü bildirib.
Birinci vitse-spiker həmçinin Azərbaycanın 2011-ci ildə BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Səudiyyə
Ərəbistanının göstərdiyi dəstəyin ölkəmizdə yüksək
qiymətləndirildiyini qeyd edib: “Səudiyyə Ərəbistanı, eyni zamanda,
Azərbaycan ilə birgə terrorizmə qarşı mübarizə aparan ən fəal
ölkələrdən biridir”.
Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu deyən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdulla ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu söyləyib.
“Həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq, enerji sahəsində təcrübə və məlumat mübadiləsinin, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır”-deyə o bildirib.
Səudiyyə Ərəbistanının daim sülhü dəstəklədiyini deyən Abdulla
ibn Məhəmməd Ən-Nasir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd edib.
Diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı ermənilərin törətdikləri
terror aktlarını qətiyyətlə pisləyir.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın
inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Asif
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO