Nida.az
Kəmaləddin Heydərov Məsud Kərbasiyanla görüşüb
Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı qonağa Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
Nazir Kəmaləddin Heydərov bildirib ki, son zamanlar Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr iki ölkənin prezidentlərinin görüşlərindən sonra yeni impuls qazanıb:
“Bizim əsas vəzifəmiz dövlət başçılarının qarşıya qoyduqları
məsələləri uğurla həyata keçirməkdir”.
Qonaq səmimi qəbula görə təşəkkürünü bildirib, iki dost və qonşu
ölkənin müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da
gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO