AXCP Surət Hüseynovla ittifaqa gedir?- Müşavir şübhələnir
Bizi izləyin

Nida.az

AXCP Surət Hüseynovla ittifaqa gedir?- Müşavir şübhələnir

sa Qəmbərin müşaviri “Facebook” səhifəsində bununla bağlı belə yazıb: “İndi "Azadlıq" qəzetində bir yazıya rast gəldim “Bir Qarabağ qazisinin doğum günü...”. Tofiq bəy haqqında olduğunu düşündüm, yazını açdım. Tamam başqa qazi haqqında olan yazı, Sürət Hü

İsa Qəmbərin müşavirində cəbhəçilərə “qəhrəman” ittihamı

Müsavat başqanının müşaviri Səxavət Soltanlı cəbhəçilərə qarşı yeni ittihamlar irəli sürüb.Publika.Az xəbər verir ki, S. Soltanlının ittihamları “Azadlıq” qəzetində yayımlanan bir yazı ilə bağlıdır. İsa Qəmbərin müşaviri “Facebook” səhifəsində bununla bağlı belə yazıb: “İndi "Azadlıq" qəzetində bir yazıya rast gəldim “Bir Qarabağ qazisinin doğum günü...”. Tofiq bəy haqqında olduğunu düşündüm, yazını açdım. Tamam başqa qazi haqqında olan yazı, Sürət Hüseynovun xatirələri və. s

Müəllifin kimliyi maraqlı gəldi deyə Facebook səhifəsinə diqqət etdim. Könül Sərdarlı adlı xanımın əsas fəaliyyəti Müsavatı və İsa Qəmbəri eləcə də AXC hakimiyyətinə qarşı yazıları ilə diqqətimi çəkdi. Bu adamın qəhrəmanları da Rəhim Qazıyev, Sürət Hüseynovdur bəli, belə “qəhrəmanları” olanlar Müsavat Partiyasını, İsa Qəmbəri, AXC hakimiyyətini düşmən görməsi normaldır. Elə "Azadlıq" qəzetinin də bu xanımı və “qəhrəmanlarını” təbliğ etməsi çox təbii gəldi mənə”.

Qeyd edək ki, Müsavat Partiyası ilə AXCP qarşılıqlı ittihamlarla bağlı moratorium qəbul etsə də, bir sıra hallarda buna əməl olunmur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm