Nida.az
“Qafqazda İŞİD izi”: Azərbaycan üçün təhlükəli proqnoz - Şok
İŞİD savaş müstəvisini müxtəlif məkanlar üzrə dəyişmək siyasətinə start verib.
Bu məkanlar arasında İŞİD üçün potensial imkanlara malik
ərazilərdən biri də Qafqazdır. Son vaxtlar bölgədə İŞİD
tərəfdarlarının aktivləşməsi təsadüfi deyil və bu, bir mərkəzdən
idarə olunur. Güman ki, radikal terrorçuların Qafqaza ayaq açması
və bölgədə genişlənməsi Rusiyaya qarşı “partlayıcı maddələr”
hazırlamaq kimi, üsul baxımından Qərbin marağındadır. Bu, regionun
digər ölkələri üçün də təhlükəli gələcək vəd edir.
Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu
“Nezavisimaya qazeta” nəşri “Qafqazda İŞİD izi”ni araşdırıb.
“Onların qayıdışı Rusiya və Qafqaz regionu üçün ciddi
təhdiddir”
Ekspertlərin fikrincə, İŞİD effektiv təbliğatla Rusiya və
post-sovet məkanında ekstremistləri öz sıralarına cəlb edir. Bu,
ekstremistlərin gəldiyi ölkələr üçün potensial təhlükə deməkdir.
Təsadüfi deyil ki, bir sıra post-sovet ölkəsi bunu anlayır və
gedənlərin geri qayıtmaması üçün nəsə etməyə çalışır.
Məsələn, MDB beynəlxalq tədqiqatlar institutunun əməkdaşı Əhməd Yarlıkapov Mahaçqaladan Suriyaya xüsusi emissarların göndərildiyini iddia edir: “Region ölkələri artıq hərəkətə keçib. Gedənlər özləri üçün məskənlər salıb və yaşamaqda davam edirlər. Lakin onların qayıtması ehtimalı böyükdür və bu, ciddi təhlükələrlə nəticələnə bilər. Artıq hökumətlər onların yanına xüsusi adamlar göndərir. Bu seçilmiş adamlar onları geri qayıtmamağa inandırmalıdır. Dağıstan hökumətinin bu üsuldan istifadə etdiyini dəqiq deyə bilərəm. Eyni təcrübə digər region ölkələrində də istifadə edilməmiş deyil. Əslində bu perspektivli addımdır. Çünki onların qayıdışı Rusiya və Qafqaz regionu üçün ciddi təhdiddir. Ən azından terror aktlarının olması ehtimalı böyükdür”.
Onun sözlərinə görə, Rusiya və post-sovet məkanından İŞİD-ə
qoşulanların 2 mindən artıq olduğu deyilir.
“Gənclərin böyük əksəriyyəti üçün Yaxın Şərqdə döyüşüb
gələnlər qəhrəman olacaq”
Karnegi fondunun Moskvada yerləşən elmi şurasının üzvü Aleksey
Malaşenkonun fikrincə, Rusiya və post-sovet ölkələrindən Suriyaya
gedənlər bir gün geri qayıdacaq: “Onlar post-sovet məkanının
müxtəlif ölkələrindən, eləcə də Qafqazdan gedənlərdir. Onlar özləri
ilə əhəmiyyətli təhlükəni gətirəcəklər. Əgər onlar “sülh vaxtında”
gələcəklərsə, təhlükə qalacaq, lakin bir qədər təxirə salınacaq.
Gənclərin böyük əksəriyyəti üçün Yaxın Şərqdə döyüşüb gələnlər
qəhrəman olacaq. Xatırlayın, Suriyadan Qırğızıstana qayıdan yerli
cihadçılar məscidlərdə öz ətraflarına kifayət qədər insan toplaya
bilirlər. Qırğız təcrübəsi bütün region ölkələri üçün
aktualdır”.
“Suriya və İraqda döyüşən cihadçılar ən çox Azərbaycana
təsir edə bilər”
MDB İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyevin
fikrincə, Suriya və İraqda döyüşən cihadçılar post-sovet ölkələri
arasında ən çox Azərbaycana təsir edə bilərlər. Onun sözlərinə
görə, Azərbaycanda son zamanlar dini etnoqrafiya dəyişir: “Əhalinin
80 faizi şiə olsa da, son vaxtlar gənclər xüsusilə internet
üzərindən aparılan aktiv təbliğat nəticəsində radikal dindarlığa
meyillənir. Sosial şəbəkələrdə şiə və sünni gənclər bir-birinə
qarşı nifrət dolu ittihamlar yağdırır. Azərbaycan müxalifətinin 12
oktyabr mitinqində İŞİD bayrağının görünməsi adi hadisə kimi qəbul
edilməməlidir. Bu, özünü göstərən ilkin elementlərdir”.
“Nezavisimaya qazeta” bir müddət öncə Moskvada həbs olunan İŞİD
tərəfdarlarını və onlardan altı nəfərinin azərbaycanlı olduğunu
xatırladır: “Onlar bizneslə məşğul olan sadə insanlar idi.
Şahidlərin sözlərinə görə, birdən-birə saqqallarını uzatmağa
başlayıblar. Onların yaxın Şərqə İŞİD üçün maliyyə göndərdiyi
aşkarlanıb”.
Oktyabrın sonu, noyabrın əvvəllərində Federal Təhlükəsizlik Xidməti
İŞİD tərəfdarlarının daha bir qolunu Başqırdıstanda aşkarlayıb.
İstintaq məlumatlarına görə, bizneslə məşğul olan ailə İŞİD üçün
maliyyə dəstəyi edirmiş. Daha sonra ölkəni tərk edərək Yaxın Şərqə
getmək istəyiblər.
Asif Nərimanlı
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO