“O, Heydər Əliyevin yolunu uğurla davam etdirir”
Bizi izləyin

Nida.az

“O, Heydər Əliyevin yolunu uğurla davam etdirir”

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, ölkəmizdə gedən böyük və sürətli inkişaf, Azərbaycan xalqının maddi-mənəvi həyatındakı yüksəliş, Azərbaycanın dünya dövlətləri içərisində tanınması, öz yerini möhkəmlətməsi, beynəlxalq aləmdə Azərbaycanın qazandığı uğurların əksəriyyəti Azərbaycan Prezidentinin adı ilə bağlıdır:

“Çox hörmətli Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağlığı, ailə səadəti, xoşbəxtlik və başçılıq etdiyi Azərbaycanımızın daha xoş günlərinin gələcəyi üçün fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycanın banisi, yaradıcısı olmaqla bərabər, onun gələcək inkişafı üçün özünün, demək olar ki, bütün həyatını həsr etdi. Öz dövründə Azərbaycanın xoşbəxt gələcəyi üçün hər nə vardısa həyata keçirdi və müəyyən etdiyi yolu - Heydər Əliyev yolunu bizim hörmətli Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. O yol Azərbaycan xalqının xoşbəxtlik, səadət, ölkəmizin inkişaf yoludur, dünya dövlətləri içərisində ölkəmizin tanınması, Azərbaycan insanının müasir zəmanəmizin ən qiymətli insanı olmasına aparan yoldur. O yol bu gün uğurla davam edir. Həm iqtisadi, həm siyasi böhranlar içərisində çarpışan dünyamızda hər tərəfdən idarəedicilərin, dövlət başçılarının, siyasətçilərin gözü Azərbaycana dikilir, bizim nümunəmizi götürürlər, bizdən öyrənmək istəyirlər. Bütün bunların hamısının səbəbkarı hörmətli Prezidentimiz İlham Əliyevdir. Bu mübarək gündə xalqımızın səadəti, ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin, milli varlığımızın daha yüksək sürətdə davam etməsi, iqtisadiyyatımızın yüksəlməsi, Azərbaycan insanının maddi rifah halının yaxşılaşması üçün çox keşməkeşli, əzablı, çətin yolda ona uğurlar olsun. Allah hörmətli Prezidentimizə can sağlığı versin! Uzun ömür, xoşbəxtlik arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm