• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Abbas Abbasovdan ŞOK plan

  • Nida.az
  • 19 Yanvar 2015 17:39
  • 1 693 Baxış
Abbas Abbasovdan ŞOK plan

“Azərros”un Moskvanın Krasnaya Presnya küçəsi 24 ünvanında yerləşən ofisinə Söyün Sadıqov və tərəfdarları buraxılmır. Ofis tam olaraq Abbas Abbasovun nəzarətindədir.

Bu barədə Axar.az-a “Azərros”dakı mənbədən məlumat daxil olub.

Xatırladaq ki, ötən şənbə Moskvada baş tutan, sayca VI olan qurultayda Rusiyanın 34 regionundan olan 80 nümayəndə, 42 nəfər isə digər ictimai təşkilatın nümayəndəsi kimi iştirak edib (APA). Qurultayda Ümumrusiya Azərbaycan Konqresinin regional bölmə rəhbərləri də qatılıb. İştirakçılar bir sıra məsələləri müzakirəyə çıxarıblar.

Keçmiş prezident Asif Məhərrəmovun istefası təsdiqlənib. Qurumun yeni nizamnaməsi qəbul olunub, Ağsaqqallar Şurası ləğv edilib. Qurultaya hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb və onun işində 2015-ci il martın 6-na kimi fasilə elan olunub.

Ağsaqqallar Şurasının ləğv edilməsi isə əslində o deməkdir ki, Abbasov “Azərros”dan de-fakto uzaqlaşdırılıb. Amma söhbət ondan gedir k, baş nazirin sabiq 1-ci müavini də baş verənləri cavabsız qoymayıb.

“Bu gün Sadıqovun tərəfdarları ofisə buraxılmayıb. Bundan əlavə, Abbas Abbasovun özü və tərəfdarları alternativ toplantıya hazırlaşırlar. Həmin toplantıda Abbasovun rəhbərliyi altında “Azərros”un yeni rəhbər tərkibi seçiləcək, bu dəfə Söyün Sadıqov və komandası qurumdan kənarlaşdırlacaq. Bundan sonra isə “Azərros”un yenidən qeydiyyata alınması üçün Rusiya Federasiyası Ədliyyə Nazirliyinə müraciət olunacaq”, - deyə “Azərros”un adının açıqlanmasını istəməyən üzvü deyib.

Mənbənin dediyinə görə, Abbasovun rəsmi Kremlə yaxınlığı səbəbindən qurumu tam olaraq ələ keçirə biləcəyi ehtimal edilir.

Qeyd edək ki, Millətlərarası Münasibətlər Şurasının keçmiş üzvü Söyün Sadıqov da Kremlə yaxın şəxslər sırasındadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR