Zeynəb Xanlarova: “40-ı çıxmış Papa haqqında danışmağa dəyməz”
Bizi izləyin

Nida.az

Zeynəb Xanlarova: “40-ı çıxmış Papa haqqında danışmağa dəyməz”

“Burada çox "Papa, Papa" deyirlər. Ancaq qırxı çıxmış Papa haqqında danışmağa dəyməz".

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.

Onun sözlərinə görə, Roma papası Azərbaycana qarşı düşmənlərlə əhatələnib: “Onların da başı öz yerində deyil. Mən Amerikadan yeni gəlmişəm, orada insanlarla, Nyu-York şəhərinin meri ilə də görüşdüm. Azərbaycan haqqında o qədər gözəl və xoş sözlər danışdılar ki, adam heyran oldu. Mən sinaqoqla da görüşdüm, konsertimə gəlmişdi. Sinaqoq mənə dedi ki, bizim Azərbaycana olan sevgimizi Prezident İlham Əliyevə çatdırın. O dedi ki, biz burada Azərbaycan bayrağı da asmışıq”.

Z.Xanlarova onu da deyib ki, bəzi adamlar Azərbaycanda olan inkişafı kor gözləri ilə görmürlər: “Mən onlara deməyə artıq söz tapa bilmirəm. Bu cür inkişafı görməyənlərə yalnız kor demək olar, onlar kordurlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm