Kırım parlamentində qaldırılan rus bayrağı - SON DURUM - FOTO
Bizi izləyin

Nida.az

Kırım parlamentində qaldırılan rus bayrağı - SON DURUM - FOTO

Rus silahlıları tərəfindən zəbt edilən Kırım Muxtar Respublikasının parlamentinin üzərində qaldırılan Rusiya bayrağının fotosu yayılıb.

Publika.Az xəbər verir ki, parlamentin önündə etiraz edən Kırım tatarlarının birinin çəkdiyi həvəskar fotoda binanın üzərində Kırım və Rusiyanın bayrağı dalğalanır. Hazırda binanı zəbt edənlərlə danışıqlar getdiyi deyilir. Lakin işğalçılar Kırım statusu ilə bağlı referendumun keçirilməsini tələb edir.

Kırım baş nazirinin köməkçisi Rüstəm Temirgaliyev isə “Facebook” səhifəsində yazıb ki, Rusiya tərəfdarı olan işğalçılar Rusiya baş konsulluğunun nümayəndələri ilə də görüşməyi rədd ediblər.

Binaya xüsusi təyinatlıların hücuma hazırlaşdığına dair də xəbərlər var.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm