• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident 8 fərman imzaladı

  • Nida.az
  • 1 May 2015 20:38
  • 1 031 Baxış
Prezident 8 fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 383 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 383 nömrəli Fərmanını “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 383 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 234) 2.2-ci bəndinin sonundakı nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilməklə 2.3-cü bəndi ləğv edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanını “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 713; 2009, № 7, maddə 532; 2010, № 9, maddə 774; 2014, № 9, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci bənd ləğv edilsin.

2. 5.4-cü bənddə “bəndində” sözü “maddəsində” sözü ilə əvəz edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb:

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanını “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 532) 2.1-ci bəndi ləğv edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 636) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə:

2.1. adında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Bu Əsasnamə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşlarına pasportların verilməsi və pasportların dəyişdirilməsi qaydasını müəyyən edir.”;

2.3. 1.2-ci və 1.3-cü bəndlər, 2-ci və 5-ci hissələr ləğv edilsin;

2.4. 3.1-ci, 3.10-cu, 3.18-ci, 3.26-cı və 3.30-cu bəndlərdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:

“3.5-1. 15 yaşı tamam olmamış vətəndaşa pasport verilərkən, onun ərizə-anketini təqdim edən valideyninə və ya digər qanuni nümayəndəsinə, 15 yaşından 18 yaşınadək olan vətəndaşın isə özünə, yaxud valideyninə və ya digər qanuni nümayəndəsinə daxili işlər orqanının məsul əməkdaşı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası barədə məlumat verməlidir.”;

2.6. Əsasnamənin əlavələrinin yuxarı sağ küncündə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 yanvar tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 8) 2-ci hissəsində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 1-ci hissəsində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 351 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 967) 2.1-ci bəndində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

4. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 695; 2013, № 5, maddə 522) 3.1-ci bəndində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

5. “Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin, spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 696; 2013, № 9, maddə 1064) aşağıdakı dəyişikliklər edilsin:

5.1. preambulada “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası”nın 13-cü hissəsinin ikinci cümləsində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

6. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 25 fevral tarixli 913-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 135 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 351) 2-ci hissəsində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 895 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 895 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 516) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

2. 3.2-ci bəndin sonundakı nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilməklə 3.3-cü bənd ləğv edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 97-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 424 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 97-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 424 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 293) 5-ci hissəsi ləğv edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 795; 2004, № 1, maddə 19; 2007, № 8, maddə 765; 2008, № 3, maddə 168, № 8, maddə 722; 2010, № 8, maddə 718, № 9, maddə 770; 2011, № 5, maddə 378) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissənin ikinci abzası ləğv edilsin.

2. 13-cü hissədən “və Daxili İşlər Nazirliyinə” sözləri çıxarılsın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR