Baş redaktor: “Avropa Oyunları ilə bağlı kampaniya aparanlar Qarabağın qopardılmasına zəmin yaradırlar”
Bizi izləyin

Nida.az

Baş redaktor: “Avropa Oyunları ilə bağlı kampaniya aparanlar Qarabağın qopardılmasına zəmin yaradırlar”

“I Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə təbliğat siyasətinin həyata keçirilməsinə kömək edəcək. Ölkəmizə gələcək çoxsaylı qonaqlar və jurnalistlər Azərbaycanın inkişafını, xalqımızın tolerantlığını, buranın mədəniyyətlərin kəsişdiyi yer olduğunu görəcəklər. İdman tədbiri həm də sülh, barış addımıdır. Azərbaycan xalqı bununla sülhpərvər olduğunu nümayiş etdirə biləcək”.


Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.


Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycana bir sıra iqtisadi dividentlər də gətirəcək: “Xüsusilə turizm potensialının təqdim olunması üçün geniş imkanlar yaradacaq və bundan dövlət büdcəsi kifayət qədər gəlir əldə edə biləcək”.


Baş redaktor Azərbaycanın Avropa Oyunlarının ilk təşkilatçısı kimi tarixə düşəcəyinə də diqqət çəkib.

E. Mirzəbəyli I Avropa Oyunları üzərindən Azərbaycana qarşı aparılan qara piar kampaniyasına da münasibət bildirib.


“Azərbaycanda gerçəkləşdirilən mühüm beynəlxalq tədbirlər öncəsi ölkəmizə qarşı aparılan total qarayaxma kampaniyasının məqsədi “Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması” ilə bağlı beynəlxalq ictimai rəy yaratmaqla ölkəmizin mövqelərini zəiflətmək, Qarabağın Azərbaycandan qopardılması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir. Biz artıq bu prosesi “Eurovision-2012” müsabiqəsi zamanı yaşamışıq. Təcrübəmiz və immunitetimiz var”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm