• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avropada BAXCP ilə bağlı qərar qəbul edildi

  • Nida.az
  • 22 May 2015 18:24
  • 389 Baxış
Avropada BAXCP ilə bağlı qərar qəbul edildi

Bu gün Londonda Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının illik konqresi keçirilib. Konqresdə İttifaqa yeni siyasi partiyaların qəbulu, quruma üzv olan siyasi partiyaların təmsil etdiyi ölkələrdə keçirilən və keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılıb.

Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının mətbuat xidmətinə Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının (AMİİ) illik konqresində iştirak üçün Londonda səfərdə olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.

BAXCP sədri qeyd edib ki, illik konqresdə Azərbaycan, İspaniyan və Monteneqronu təmsil edən siyasi partiyaların AMİİ-yə üzvlüyə namizəd kimi qəbul olunması məsələsinə baxılıb.

Konqresdə BAXCP ilə bağlı təqdimat edən Qüdrət Həsənquliyevin sözlərinə görə, partiyanın Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqına üzvlüyü müsbət qarşılanıb və qurum üzvlərinin yekdil qərarına əsasən BAXCP AMİİ üzvlüyünə namizəd kimi qəbul olunub.

BAXCP sədri bildirib ki, partiyanın İttifaqa tamhüquqlu üzvlüyü barədə yekun qərar AMİİ-nin noyabrın 14-də Tunisdə keçiriləcək toplantısında veriləcək.

Toplantıya qədərki 6 ay ərzində İttifaq rəsmiləri Azərbaycana səfər edəcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaq, qarşılıqlı əlaqələrin inkişafı üçün müzakirələr aparacaqlar.

Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqına üzvlüklə bağlı qaydalara uyğun olaraq, quruma üzvlüyü barədə müsbət rəy verilən siyasi partiyalar öncə üzvlüyə namizəd kimi qəbul olunurlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR