• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sabiq deputat: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qürurverici hadisədir"

  • Nida.az
  • 28 May 2015 19:12
  • 339 Baxış
Sabiq deputat: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qürurverici hadisədir"

"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox qürurverici hadisədir".

Publika.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, sabiq deputat Anar Axundzadə bildirib.

Onun sözlərinə görə, bu, Prezident İlham Əliyev başda olmaqla, ölkə rəhbərliyinin apardığı uğurlu siyasətin nəticəsidir. A.Axundzadə deyib ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətlə yanaşı, görülən böyük quruculuq-abadlıq işləri, beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün yaradılan şərait beynəlxalq təşkilatların Azərbaycanda mötəbər tədbirlərin keçirilməsinə önəm verdiyini göstərir: "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda bütün Avropa ictimaiyyətinə Azərbaycanı tanımaq imkanı verir. Bütün dünyanın kameralarının üzünü Azərbaycana çevirməsinə, bütün dünyanın Azərbaycandan danışmasına çox az zaman qalıb. Bu, hər bir azərbaycanlı və Azərbaycan sevən bütün insanlar üçün qürur keçirəcək bir hadisədir.

Ümumiyyətlə, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyada daha yaxından tanınması, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında bizə yeni-yeni imkanlar yaradacaq. Oyunlarda mübarizə aparmaq üçün 50-yə yaxın ölkədən 6 minə yaxın idmançı, həmçinin kifayət qədər azarkeş Azərbaycana təşrif buyuracaq ki, bu da on minlərlə insanın Azərbaycanın haqq səsi, Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırılması demək olacaq. Eyni zamanda, bu oyunlar Azərbaycan turizminin də inkişaf etməsinə, xarici turistlərin ölkəmizə marağının və axınının artmasına gətirib çıxaracaq. Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycana yalnız və yalnız uğur gətirəcək”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR