• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Serbiyalı jurnalistin adı “qara siyahıdan” çıxarıldı – ÜZR İSTƏDİ

  • Nida.az
  • 1 İyul 2015 14:52
  • 280 Baxış
Serbiyalı jurnalistin adı “qara siyahıdan” çıxarıldı – ÜZR İSTƏDİ

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə 2015-ci ilin mart ayında qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyinin tərtib etdiyi “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.

Publika.az-ın məlumatına görə, o, məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir daha təkrarlanmayacağını vurğulayıb.

S.Samaraciya məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.

S.Samaraciyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR