Nida.az
Boru kəmərləri uğrunda qanlı savaş: Avropa bir-birinə qarışır
Avropada “boru kəmərləri mübarizəsi”, yaxud “qaz müharibələri” adlandırılan proses qarışıq vəziyyətdə davam edir.
Publika.az xəbər verir ki, “The National İnterest”
nəşri bu vəziyyəti araşdırıb.
“Cənub axını” dəfn ediləndən sonra doğulan “Türk axını” layihəsini
Brüssel qəbul etmir. Yunanıstanın yeni hökuməti bu layihəyə yaşıl
işıq yandırsa da, öz ərazisindən keçən hissəsinin adının “Yunan
axını” adlandırılmasını istəyir.
Rusiya buna paralel olaraq Almaniyaya birləşən “Şimal axını” kəmərini uzatmağı düşünür. Bu arada, “Nabucco”nun dirçəlişi haqda da şayiələr dolaşır. Azərbaycan isə öz qazını TAP vasitəsilə Avropaya çatdırmaq üzərində işləyir. Bunu Brüssel də dəstəkləyir. Həmçinin Türkmənistan qazının da bu kəmərə vurulması gözləntiləri var. Avropa diqqətini Şimali Afrikaya da yönəldib. Belə ki, Əlcəzairdən Sardiniyaya qədər çəkiləcək, daha sonra İtaliyaya birləşəcək “GALSİ” boru kəməri üzərində də dayanılır. Beləliklə, boru kəmərləri üzərində qarışıq olan təhlükəli tendensiyalar yaranıb.
Lakin yeni layihələr bununla bitmir. Yunanlar Kiprdən boru kəməri tikməyə ümid edirlər. Həmçinin İsrail regionda siyasəti dəyişmək istiqamətində addımlar atır. Bu həm də İrana qarşı sanksiyaların ləğv olunacağı təqdirdə yaranacaq yeni şəraitlə bağlıdır. Çünki belə olacaqsa, İran Rusiyanın üstün vəziyyətinə zərbə endirəcək. Məsələ ondadır ki, qaz kəmərləri üzərində oynanılan oyunlar olduqca təhlükəlidir.
Avropada geosiyasi vəziyyəti dəyişdirəcək bu oyunlara kifayət qədər
pul xərclənir, lobbiçilik aparılır və bəlkə də, bir ordu qədər
insan çalışır. Amma Avropada mövcud qaz biznesi yoxdur. 2010-cu
illə müqayisədə qaza tələbat 23 faiz azalıb, qaz kəmərlərinin
tikintisinin analizi ilə bağlı müzakirələrsə çoxalır. Məsələ
ondadır ki, hazırkı şərait heç vaxt bu qədər əlverişli olmayıb.
Xüsusilə, vergi verənləri enerji təhlükəsizliyinə görə strateji
hədəflərə inandırmaq imkanı var.
Belə qarışıq bir vəziyyətdə “boru kəmərləri mübarizəsinin”
perspektivi qaranlıq görünür. Burada dörd səbəb var.
1. Boru kəmərləri axınların istiqamətini müəyyən
etmir. İnfrastruktur tikilə bilər, amma qaz axınları bazar
reallıqlarından asılıdır. Misal üçün, 2012-ci ildə “Şimal axını”
Rusiyanın ixracat imkanlarını üçdə birə qədər artırdı. İndi isə
Rusiyanın ixracat həcmləri əvvəlki kimi deyil. Əlcəzairin ixracat
həcmləri 2011-ci illə müqayisədə 35 faiz azalıb.
2. Boru kəmərlərinin istiqamətləri üzərində
qarışıq vəziyyət yaranıb. Azərbaycan öz qazını Avropa bazarına
çıxarmaq üçün sürətlə işləyir və bunu Brüsselin dəstəyi ilə edir.
Rusiya da Avropa bazarına doğru iki istiqamətdə irəliləyir. “Şimal
axını”ndan həcmlər azalsa belə, bu mövcuddur. Eyni zamanda, Türkiyə
üzərindən yeni kəmərin tikintisi planlaşdırılır. Brüssel bundan
imtina etsə də, Moskva israrlıdır. Belə bir qarmaqarışıq proseslər
gedir.
3. Layihələrin hazırlanması ciddi siyasi ritorika
ilə ağırlaşdırılır. Belə ki, boru kəmərləri daha çox müstəqil
olmağa xidmət edirsə, yaxud hansısa qüvvənin təsiri altına düşmək
təhlükəsi yaranırsa, o zaman geosiyasi daşlar da bir-birinə
qarışır. Yəni qərarlar və gedişlər tez-tez dəyişir.
4. Boru kəmərləri bizi reallıqdan uzaqlaşdırılır.
Təsadüfi müşahidəçi və qarışıq düşüncələr yaranır. Halbuki bu gün
Avropa üçün qaz təchizatçılarının seçimi müxtəlifdir. Bura
Azərbaycandan tutmuş Norveçə qədər müxtəlif istiqamətlər
daxildir.
Hər şeydən pis olan isə budur ki, Ukraynada müharibə aparan Rusiya
sanksiyaların ağırlığı altında əzilir. Buna görə də o, “qaz
müharibələri”, yaxud “boru kəmərləri mübarizəsi” adlandıra
biləcəyimiz bu vəziyyətdən sui-istifadə edə bilər.
Asif Nərimanlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ