Nida Təhlil
Qara dənizə qərq olan sirli sui-qəsdin şifrələri - TƏHLİL
Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara
dənizin sularına qərq oldu. Təyyarənin göyərtəsindəki 92 nəfərin
taleyi məlum deyil və çox güman ki, məlum olmayacaq da. Bir bazar
günü baş verən bu qəza ən müxtəlif versiyaları gündəmə
gətirir.
SSRİ-dən qalma təyyarə ömrünü başa vurmuşdu. Həqiqətən də Tu-154-ün
istehsal tarixi 1983-cü ili göstərir və 33 illik təyyarənin bir
qərinədən sonra zərurətdən qəza törətməsi versiyası inandırıcıdır.
Bu baxımdan, qəzanı qədər adlandırıb 92 nəfərə rəhmət diləməkdən
başqa insanın əlində heç nə gəlmir. Amma hər şeyin bu qədər sadə
görünmədiyi də ayrı bir həqiqətdir və məhz bu həqiqət qəzaya
sui-qəsd nöqteyi-nəzərindən baxmağı vadar edir.
a) Moskva ətrafından havaya qalxan təyyarə Mozdakda yanacaq
doldurmağı nəzərdə tutsa da, müvəqqəti dayanma nöqtəsi Soçi olub.
Buna səbəb hava şərtlərinin yaxşı olmadığı göstərilir. Lakin
təyyarə Soçidən qalxandan cəmi 2 dəqiqə sonra radardan itir, daha
sonra Qara dənizin üzərində qəzaya düşdüyü xəbəri gəlir. Bu məqam
şübhələrə yola açır.
b) Təyyarə Suriyaya uçurdu və Bəşər Əsədin Putinə başsağlığı
mesajında dediyinə görə, Hələbin azad olunması münasibətilə
keçiriləcək bayram şənliyini təşkil edəcək heyəti aparırdı. Güman
ki, bu Suriyadakı rus hərbiçilərinYeni İl şənliyi adı altında
olacaqdı. Lakin rus hərbiçilər Moskvanın onlar üçün bu qədər böyük
xərcə düşməsini Hələbi azad edərək qazanmışdılar. Qələbə olmasaydı,
şənlik də olmayacaqdı. Bu, həm də rus əsgərinin Suriyada daha uzun
müddət qalacağına bir işarədir.Suriya: qəzada düşündürücü
suallardan biridir.
c) Təyyarənin Müdafiə Nazirliyinə məxsus olması və heyətin
əksəriyyətinin çiyinlərində rus “paqon”ları daşıması detalı diqqət
çəkir.
d) Tu-154 Mozdakda dayanmalı halda, Soçidə dayanır və Qara dənizin
üzərində qəzaya uğrayır. Niyə Soçidən qalxarkən, yaxud Suriya
ərazisinə daxil olarkən yox, məhz Qara dənizin üzərində.
Suallara cavab Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun
kameraların önündə güllələnərək qətlə yetirilməsində gizləndiyini
deyə bilərik.
Qara bazardan altı gün öncə: türk polisi Altıntaş
Rusiya səfiri Andrey Karlovu kameraların önündə güllələyərək qətlə
yetirdi və bağırdı: “Hələbdə qardaşlarımız öldürüldüyü
müddətdə sizlərə rahatlıq yox!”.
Hər şey məlum idi: Rusiya-Türkiyə ittifaqına açıq
etiraz; Moskva və Ankaranın Suriyada birgə hərəkət etməsi və indiyə
qədər Vaşinqton başda olmaqla Qərb güclərinin ilmə-ilmə toxuduğu
Yaxın Şərq planının baş tutmayacağı reallığı; türk polisin əli ilə
rus səfirini öldürərək ruslarla türkləri ötən ilin 24 noyabrında
Su-24 təyyarəsinin vurulduğu günə qaytarmaq (bu, “bəlkə də baş
tutar” ehtimalı idi); Və hər iki ölkəyə “ittifaq qura
bilməzsiniz, Suriyanı, eləcə də Yaxın Şərqi bizim ssenarimizdən
kənar şəkilləndirə bilməzsiniz” mesajının ən sərt formada
verilməsi.
Səfirə atılan güllənin Hələbin rus əsgərinin köməyi ilə alması və
şəhərdən təxliyənin baş tutması ilə eyni ərəfəyə təsadüf etməsi də
hər şeyi açıq şəkildə ortaya qoyurdu. Qatilin Hələb mesajı onsuz da
ortada idi. Səfirin öldürülməsinin ana mənzərəsi belədir. Lakin
diqqətdən qaçan bir məqam var: niyə rus səfiri və güllənin
kameraların, yəni dünyanın gözü önündə atılması.
Bütün prosesin əsas məğzi burada gizlənib: Səfirə atılan
güllə başlanğıcdır. Amma nəyin?!
Rusiya-Türkiyə ittifaqının Qərb güclərinə sərf etməməsi bütün
səbəbləri ilə ortadadır. Səfirin öldürülməsi də bu hücumun bir
hissəsi idi. Lakin o dəqiqdir ki, Karlovun öldürülməsi ilə Ankara
və Moskva bir-birinə qarşı çıxmayacaq. Əksinə, bu, iki ölkənin
ümumi hədəfə doğru daha sıx birləşməsinə səbəb olacaq. Qətldən
dərhal sonra hər iki paytaxtdan verilən bəyanatlar bunu təsdiq
etdi. Bu qətl hətta Putinin “Bu, təyyarənin vurulmasının Türkiyə və
Rusiya münasibətlərini pozmağa qarşı olduğuna dair şübhələrimiz
yoxa çıxartdı” mesajını verməsinə səbəb oldu. Yəni Ankara və Moskva
həm də “pis günün dostu” oldular. Karlova tuşlanan silahı
dolduranlar da bunun belə olacağını yaxşı bilirdilər. Bəs niyə buna
getdilər, özü də hər kəsin gözü önündə?
Çünki: Türkiyə-Rusiya ittifaqının pozulması üçün
ən müxtəlif yollara əl atsalar da, bu baş tutmadı və Suriyada hər
şey Qərbin planının tam əksinə cərəyan etməyə başladı. Və Türkiyə
cəzalandırılmağa başlanıldı: İstanbulda və Kayseridə törədilən
terror aktları da buna nümunədir. Bu terror aktlarının Ankaranı
cəzalandırmaqla yanaşı, Türkiyədə iqtidara qarşı “yeni qəzəb”in baş
qaldırmasına da hədəfləndiyi məlum idi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin Türkiyə və Rusiyanı düşmən etmək və bu, ittifaqı pozmaq
istəyənlər əsasən Türkiyəni hədəfə alır, Ankaranın geri çəkilməsinə
səbəb olacaq addımlar atırdılar. Bu, Türkiyənin vurulmasının
Rusiyadan daha asan olduğu reallığından da irəli gəlirdi. Hədəfə
doğru planlar heç bir nəticə vermədi və Türkiyə Şərqə doğru
addımlamaqdan geri çəkilmədi. Və Qərb gücləri Türkiyə ilə yanaşı,
Rusiyanı da hədəfə almaq qərarına gəldi. Bu, həm ittifaqın hər iki
tərəfini cəzalandırmaq, həm də bəlkə Rusiyanın geri çəkilməsinə
səbəb olacaq gözləntisi ilə edilən gedişdir. Rusiya səfirinin
Ankaranın mərkəzində güllələnməsinin səbəbi budur. Karlov Rusiyaya
qarşı yeni hücumun başlanğıcının qurbanı oldu.
Cəmi 6 gün sonra Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154
təyyarəsi Suriyaya gedərkən qəzaya uğrayır. Həqiqətənmi hər şey bu
qədər sadədir?
Hadisələrin inkişafı Tu-154 təyyarəsinin qəzaya düşməsinin terror
olduğu, yəni Karlovla başlanan “Rusiyanın vurulması” planında
ikinci addım ola biləcəyi ehtimalını önə çıxarır.
1. Təyyarənin ekipaj üzvləri Rusiyanın Suriyadakı Xmeynim hərbi
bazasında yerə enəcək və Hələbdə Kreml strategiyasına qazanc
gətirən qələbəni əldə etmiş hərbiçilərə “Yeni il şənliyi”
verəcəkdilər. Belə şənliyin təşkili çox güman ki, rus hərbiçilərini
mükafatlandırmaq və bütün müharibələrdə olduğu kimi, hərbiçilərdə
ruh yüksəkliyi yaratmaq məqsədi daşıyırdı. Marşruta uyğun olmadığı
halda, Soçiyə enən Tu-154-ə orada bomba qoyulur, yaxud da dənizin
üzərində raketlə vurulur.
Rusiyaya məhz hərbi təyyarəsini qəzaya uğradaraq və hərbiçilərini
öldürərək, “Suriyada zəfər çala bilməyəcəksən”
mesajı verilir; Əsgərlərə ruh yüksəkliyi vermək üçün gedənlər məhv
edilərək, Suriyadakı rus ordusunda ruh düşkünlüyünün yaradılmasına
hesablanan addım atılır; bu, müharibənin psixoloji cəbhəsidir və
ruslara məhz bu cəbhədən zərbə endirilir.
2. Tu-154-ün məhz Qara dənizin üzərində qəzaya uğraması isə iki
açıq versiyanı gücləndirir:
Birincisi, sui-qəsd izlərinin dəniz sularında
itirilməsidir: burada Tu-154-ün Soçidən havaya qalxarkən 2 dəqiqə
sonra radardan itməsi əsas şübhəli məqamdır. Hesab etmək olar ki,
Soçiyə eniş edərkən təyyarənin sisteminə hansısa müdaxilə edilib.
Lakin təyyarənin radardan itəndən sonra qəza törətməsi ehtimalı
vurulması ehtimalından daha aşağıdır. Çünki Rusiya mediası Tu-154-ü
idarə edən Roman Volkovun kifayət qədər təcrübəli pilot olduğunu və
indiyə qədər 3000 saat uçuş həyata keçirdiyini yazıb. Təcrübəli
pilot təyyarəni Suriyaya çatdıra, yaxud da heç olmasa geri qaytara
bilərdi. Bununla yanaşı, Tu-154-ün qalıqlarının sahildən cəmi 6
kilometr uzaqlıqda tapılması da onun vurulması ehtimalını
gücləndirir. Yəni sistemi pozulduğu üçün radardan çıxan təyyarənin
“xilas olması”na imkan verilmədən, dərhal vurulub.
İkincisi Ankara və Moskva ittifaqına qarşı
olduqları mesajının yenidən verilməsi: Çünki Qara dənizdə əsasən
Türkiyə və Rusiya donanması hakimdir. Bu dənizə zaman-zaman “türk
gölü” təsadüfən deyilməyib.
***
Karlovla başlanan hücum dalğasının ardının gələcəyi ehtimalı da
güclüdür. Güman ki, Türkiyə ilə yanaşı Rusiyanı da yeni terror
aktları və sui-qəsdlər gözləyir. Xüsusilə önümüzdəki günlərdə
Şimali Qafqazda baş verəcək hadisələr bu baxımdan önəmlidir. Ümumi
mənzərədə görünən odur ki, Qərb cəbhəsi Obamanın gedişinə qədər
istədiklərinə nail olmaq üçün ən sərt vasitədən – terrordan
istifadəni gücləndirəcək. Bununla heç nəyə nail olmasalar belə
“qisas” alınacaq və insanlarda qorxu yaradılacaq. Təhlükəsizliyi
pozulan, ölüm təhdidi altında yaşayan xalqın öz hakimiyyətinə qarşı
çıxması daha asan başa gəlir. Hücumların arxasında bu hədəf də
var.
Türkiyə və Rusiyaya zərbə endirilməsi ssenarisi artıq başlayıb.
Növbəti hədəfin Suriyada Rusiya ilə birgə hərəkət edən İran ola
bilər. Halbuki, İran hazırda Amerikanın Suriyada
Ankara-Moskva-Tehran üçlüyünün birgə hərəkətinə müdaxilə üçün
sonuncu elementidir. Bu baxımdan, İran hələlik hədəfdə deyil. Lakin
yanvarın 20-də Trampın vəzifə səlahiyyətlərinə başlamasından sonra
vəziyyət dəyişə bilər. İrana qarşı ABŞ-ın hansı siyasət aparacağı,
bölgədəki proseslərə, həmçinin, Suriya məsələsinə də təsirsiz
ötüşməyəcək.
Asif Nərimanlı
-
Region10:32Malxasyan öldü
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
MDB09:39Cəbhədə qeyri-adi hadisə: Dronu budaqla vurdu
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
ABŞ09:19ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı



















.png)
















