Nida Təhlil
İrəvanın “5 rayon və 600 min qaçqın” planına qarşı MÜHARİBƏ HAZIRLIĞI
“Qarabağda toqquşmalar və müharibə qaçılmaz olacaq”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara
Papyan deyib.
Papyan münaqişənin həlli ilə bağlı Rusiyannın təklif etdiyi “Kazan
düsturu”ndan danışıb. Hansı ki, bu “Madrid prinsipləri” əsasında
hazırlanıb.
“Kazan sənədinə əsasən, birinci mərhələdə Kəlbəcər və Laçından
başqa, biz beş rayonu qaytarırıq. Bundan sonra, qaçqınların
qayıdışı olacaq. Məlumata görə, qayıdacaq qaçqınların təxmini sayı
600 minə qədər olacaq”, - deyə o bildirib.
Erməni politoloq iddia edib ki, qaçqınların qayıdışından sonra
Qarabağın yekun statusunun həlli üçün referendumun keçirilməsi
çətin olacaq: “Çünki qaçqınların qayıdışından sonra toqquşmalar və
müharibə qaçılmaz olacaq. Azərbaycan təkcə Qarabağı yox, İrəvanı da
qaytarmağı planlaşdırır”.
Erməni politoloqun bu fikirləri təbii ki, hər şeydən öncə
münaqişənin həll olunmaması üçün irəli sürülən iddialardır. Papyan
bununla demək istəyir ki, “biz rusların təklif etdiyi “Kazan
düsturu” ilə razılaşsaq, o zaman, müharibə başlayacaq”.
Müharibəni kim başlayacaq?
Ermənistan birinci gülləni Azərbaycanın atacağını iddia edir və
bununla rusların təkid etdiyi “Kazan düsturu”nun (buna “Lavrov
planı” da deyilir) baş tutmamasına çalışır. Lakin bu günlərdə
Ermənistanın “aravot” qəzeti İrəvanın müharibəyə başlayacağını
etiraf etdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qəzet yazır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
“Lavrov planı”nın tətbiqi üçün İrəvana təzyiq edir: “Bu plan “aprel
müharibəsi”ndən sonra faktiki olaraq müzakirə edilən əsas
variantdır. Bu planda ərazilərin Azərbaycana qaytarılması nəzərdə
tutulur. Rusiya məhz bunun üçün çalışır. Serj Sarkisyanın müharibə
mesajları səsləndirməsinin arxasında dayanan səbəb də budur. Güman
ki, rəsmi İrəvan “Lavrov planı”na müqavimət göstərmək üçün
müharibəyə başlayacaq. Müharibə yeganə çıxış yolu olaraq
görünür”.
Asif
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər












.jpg)







.jpg)












.jpg)




