Nida Təhlil
Vakuum mərmilərlə dolacaq: Qarabağda YAZ MÜHARİBƏSİ BAŞLAYIR
“Çoxları bu ilin yazında Dağlıq Qarabağ münaqişəsi zonasında
müharibənin olacağını gözləyir. Çünki ötən ilin “aprel
müharibəsi”ndən sonra nizama salınma prosesində irəliləyiş yoxdur
və diplomatiya heç bir naliyyətə imza atmayıb”.
Publika.az xəbər verir ki, bu barədə “Karneqi” fondunun Cənubi
Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas de Vall
Ermənistan mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, münaqişə tərəflərində qəzəb və məyusluq var:
“Bu vəziyyət münaqişə zonasında genişmiqyaslı müharibəni hər an
başlada bilər. Qarabağ münaqişəsində vakuum əmələ gəlib. Bu boşluq
ya diplomatik danışıqlarla, ya da mərmilərlə dolacaq. ABŞ və Fransa
ATƏT-in Minsk qrupunun həmsədrləri kimi passivdirlər və belə
təəssürat yaranır ki, Rusiya yeganə vasitəçidir”.
Tomas de Vall hesab edir ki, Rusiyada Qarabağ münaqişəsinə müxtəlif
yanaşmalar var.
“Rusiya münaqişənin həllində ən nüfuzlu vasitəçidir, lakin eyni
zamanda tərəflərə silah satır. Hesab edirəm ki, Rusiyanın
təhlükəsizlik orqanları mövcud status-kvonun və münaqişə tərəfləri
arasındakı tarazlığın saxlanılmasında maraqlıdır. Rusiya xarici
işlər naziri Sergey Lavrov isə münaqişənin nizama salınmasını
istəyir. İnanır ki, sülh formulu tapıla bilər və Rusiyanın təsir
imkanları genişlənər. Rusiya bir tərəfdən silahlandırma ilə
müharibə ehtimalını artırır, digər tərəfdən, mümkün müharibədə özü
üçün təhlükələr yaradır. Çünki Rusiya müharibədə tərəflər arasında
seçim etməlidir, hansı ki, bu, onun maraqlarına uyğun gəlmir.
Qısası, Rusiyanın bu münaqişədə müxtəlif maraqları var və bu
maraqları sülh prosesinə mane olur. Buna görə də başqa beynəlxalq
oyunçu prosesə daxil olmalıdır”, - deyə ekspert vurğulayıb.
Asif
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükr edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...



































.jpg)


