Türkiyəyə siyasi blef - Kəşfiyyatçı generaldan DÖRD SƏBƏB
Bizi izləyin

Nida Təhlil

Türkiyəyə siyasi blef - Kəşfiyyatçı generaldan DÖRD SƏBƏB

Almaniyanın İncirlik hərbi hava bazasına alternativlərin axtarışı barədə bəyanatları siyasi blefdir.

Almaniyanın İncirlik hərbi hava bazasına alternativlərin axtarışı barədə bəyanatları siyasi blefdir.

Publika.az xəbər verir ki, bunu Türkiyənin hərbi kəşfiyyat mütəxəssisi, ehtiyatda olan general Fəxri Erenel deyib.

“Birincisi, İncirlik Suriya və İraqdan Əfqanıstana qədər bütün münaqişə bölgələrinə yaxın strateji bir nöqtədədir. Almaniya təyyarələri İordaniya və Kiprdəki bazalara daşıya bilər. Ancaq uçuş məsafəsi böyük olduğu üçün yanacaqdolduran təyyarələrdən istifadə etmək lazım gələcək. Bu isə əməliyyatın planlaşdırılması və icrası xərcini artıracaq. İkincisi, İŞİD-ə dair gələn qəfil kəşfiyyat məlumatından sonra İncirlikdən qalxan təyyarələr bir neçə dəqiqə sonra hədəfi məhv edə bilir. Ancaq digər bazalardan qalxan təyyarələr uçuş müddəti artdığı üçün hadisə yerinə çatanda vurulacaq hədəf orada qalmaya bilər. Üçüncüsü, Türkiyə bir NATO ölkəsidir və İncirlikdən istifadə edən ölkələr Türkiyənin təqdim etdiyi NATO infrastrukturundan da faydalananırlar. İncirlikdə 60 ildən çoxdur ki, yüksək infrastruktur fəaliyyət göstərir. Dördüncüsü və ən əhəmiyyətlisi, İncirlik güclü ordusu olan bir ölkədə yerləşir. Burada hərbçilər, təyyarələr və təchizatın təhlükəsizliyi şəxsən Türkiyə ordusu tərəfindən təmin edilir”, - kəşfiyyat mütəxəssisi bildirib.

Türkiyənin İncirlikdəki ölkələrin həm uçuş təhlükəsizliyini, həm də şəxsi heyətin təhlükəsizliyini təmin etdiyini deyən Erenel qeyd edib ki, Almaniya başda olmaqla Qərb ölkələri hərbçiləri və silah sistemlərinin etibarlı bir ölkədə olmasını istəyirlər.

İncirlik kimi bir bazanın bölgədə olmadığını deyən general bildirib ki, belə bir bazanın qurulması uzun illər və böyük xərc tələb edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə İncirlik bazasına alman deputatlar qrupunu buraxmayıb. Alman deputatlar ölkələrindən olan hərbçiləri ziyarət etməyi planlaşdırırdılar. Angela Merkel bildirib ki, Berlin alman hərbi kontingentinin İncirlik bazasından qonşu ölkələrə yerdəyişməsinin alternativlərini axtarmağa davam edəcək. O, alternativlərdən birinin İordaniya olduğunu vurğulayıb. Həmçinin Cənubi Kipr və Küveyt kimi ölkələrin adları şəkilir. Türkiyənin xarici işlər nazir Mövlüd Çavuşoğlu isə “Getsinlər, biz yalvarmayacağıq” şəklində cavab verib.

Türkiyə Yaxın Şərqdə NATO-nun əsas üzv ölkəsidir. İncirlik təyyarə bazası isə regionda ABŞ və NATO-nun əsas bazalarından biridir. Açıq mənbələrdə olan məlumata görə, bazada nüvə silahı saxlanılır. İncirlikdə İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın ölkələrinin təyyarələri yerləşir.

Alman hərbi mütəxəssisləri isə NATO-nun AWACS radiolokasiya kəşfiyyat təyyarələrinin ekipajlarının formalaşmasına cəlb edilib. Berlin həmçinin 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi ilə dəstək göstərir. “Tornado”ların Suriyanın hava məkanında kəşfiyyat missiyaları demək olar ki, gündəlikdir.

Almaniyanın Fəthullahçı Terror Təşkilatının (FETÖ) Avropada əsas sığınacağına çevrilməsi, xüsusilə NATO-da türk hərbçilərinin (Bu hərbçilər 2016-cı il 15 iyul çevriliş cəhdində iştirakda şübhəli bilinir –red.) sığınacaq üçün bu ölkəyə üz ttuması və Ankaranın terror təşkilatı hesab etdiyi PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) hərbi yardım göstərməsi iki ölkənin münasibətlərində gərginlik yaradıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm