Dağlıq Qarabağ sammiti üçün ŞƏRT, 2018-ci ilin martına kimi MÜHARİBƏ.... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dağlıq Qarabağ sammiti üçün ŞƏRT, 2018-ci ilin martına kimi MÜHARİBƏ.... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri avqustun 29-da rəsmən işə başlayıb. Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı hələ də müzakirə mövzusudur. Vaşinqton Moskvanı beynəlxalq münasibətlər sistemindən atmaqla hədələyib. Hindistan-Çin sərhədində vəziyyət gündən-günə gərginləşməkdədir. Şimali Koreyanın yeni raket sınağı Koreya yarımadasında vəziyyəti yenidən gərginləşdirib. Donbasın reinteqrasiyası haqqında qanun layihəsində Rusiya ilk dəfə olaraq Ukrayna qanunvericiliyi səviyyəsində işğalçı dövlət adlandırılacaq. Şimali Koreyanın yeni raket sınağı Koreya yarımadasında vəziyyəti yenidən gərginləşdirib. Myanmada son 3 gün ərzində üç min müsəlmanı qətlə yetirilib. Myanmada müsəlmanlara qarşı zorakılıq gündəmin əsas mövzularındandır.

Azərbaycan, Dağlıq Qarabağ

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer avqustun 29-da rəsmən işə başlayıb.

ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı isə Ermənistan hakimiyyətinin xoşuna gəlməyib. Putin-Sarkisyan görüşündən bir neçə saat əvvəl “Amerikanın səsi”nin erməni xidmətində dərc edilən sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılırdı. Sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz “işğal edilmiş” ifadəsindən istifadə edib - red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vestikavkaza.ru saytının yazdığına görə, Soçi görüşünün gedişatında aydınlaşmalı idi: payızda Dağlıq Qarabağ problemi ilə bağlı yeni sammit çağırılacaqmı?

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Riçard Hoqlandın bəyanatı yeni deyil: “Onlara ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə birgə bəyanatlarında dəfələrlə istinad ediblər”.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da vurğulayıb.

Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü cavab verib ki, bu məsələ barədə Moskvanın ənənəvi mövqeyi var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı.

Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan xarici işlər naziri yenə də cəfəng söz oyunu ilə məşğuldur. Bundan əvvəlki açıqlamaları ilə özünü pis duruma qoyan Ermənistan xarici işlər naziri indi vəziyyətdən çıxmaq üçün yenə müxtəlif yalan və bəhanələrə əl atır. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan dünyanın ən güclü orduları arasında 58-ci yerdə qərarlaşıb. Bu haqda “Global Fire Power” portalının hesabatında deyilir.

Dünyanın ən güclü ordusu ABŞ-dır. Reytinq siyahısında Rusiya ikinci yerdədir. İlk onluqda sonrakı yerlərdə Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir qərarlaşıb.

Ermənistan 93-cü, Gürcüstan isə 82-ci yerdədir. Dünyanın ən yaxşı ordularının reytinq siyahısında 133 ölkədən ibarətdir. Məlumata görə, siyahının hazırlanmasında “Global Fire Power” şirkəti kompleks tədqiqat aparıb və 50-dən çox amil, o cümlədən silahların sayı, onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi və ölkənin nəqliyyat infrastrukturu nəzərə alınıb. Nüvə arsenalına malik ölkələr bonus balları alıb.

Bundan başqa, NATO-nun üzvü olan ölkələr də əlavə bonuslar alıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib. Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.

Erkan Özoral səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb.

Türkiyə, İran, Yaxın Şərq, Mərkəzi Asiya

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa İttifaqının Gömrük Birliyi ilə razılaşmasının genişlənməsinə veto qoyub. Kansler bu haqda Avropa Komissiyasının sədri Jan-Klod Yunkeri məlumatlandırıb.

Qeyd edək ki, son vaxtlar Türkiyə və Almaniya arasında münasibətlərin pisləşib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türklərin Bizansı məğlub etdiyi Malazgird döyüşünün ildönümü (Səlcuqlar və Bizans arasında 1071-ci il avqustun 26-da baş verən döyüşdür. Qalib gələn tərəf Səlcuqlar olub və Anadoluya yol açılıb - red.) ərəfəsində yunanlar təxribat xarakterli addımlar atırlar.

Beynəlxalq razılaşmalara əsasən, Türkiyəyə aid olan 18 ada və 1 qayalığı işğal edən Yunanıstan bu torpaqlarda Bizans bayrağı qaldırıb.

Türkiyə Müdafiə Nazirliyinin keçmiş baş katibi Ümid Yalım türk adalarında Bizans bayrağının qaldırıldığını göstərən fotoların Yunanıstan ordusuna aid internet saytında dərc edildiyini bildirib.

Onun sözlərinə görə, Yunanıstan Quru Qoşunlarının komandiri general-leytenant Alkiviadis Stefanis avqustun 5-də Bulamaç, avqustun 6-da isə Kalolimnoz adasını ziyarət edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İstanbulda yaxın 12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir. Bu nəticəyə zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri gəliblər.

Daha əvvəl, avqustun 17-də Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener xəbərdarlıq edib ki, Mərmərə dənizində yaxın gələcəkdə gücü 7 baldan daha yüksək olan zəlzələ baş verəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühafizəçilərinə qarşı cinayət işi açılmasına münasibət bildirib. Sentyabrın 1-də İstanbulda bayram namazından sonra jurnalistlərin suallarını cavablandıran R. T. Ərdoğan bu hadisəni skandal kimi qiymətləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Livan ordusu avqustun 19-dan etibarən İŞİD terror təşkilatına qarşı başlatdığı əməliyyatı başa çatdırıb. Ordudan verilən rəsmi açıqlamada “Dağların şəfəqi” adlı hərbi əməliyyatlar çərçivəsində Livanın terrorçulardan tamamilə təmizləndiyi və bölgənin nəzarət altına alındığı bildirilib.

Ordu komandirinin mətbuata verdiyi məlumata görə, son İŞİD üzvü bölgəni dünən gecə saatlarında tərk edib və beləliklə, əməliyyat başa çatıb. Sərhəd təhlükəsizliyi bərpa edilib və keçid nöqtələrinə əsgərlər yerləşdirilib.

Hazırda Livan ordusu və Hizbullah təşkilatı bölgədə İŞİD tərəfindən qazılan mağaraları, hazırlanan barrikadaları və basdırılan minaları məhv etmək işləri aparır.

Bəşər Əsəd rejimi hakimiyyətdə olduğu müddətdə qaçqınlar Suriyaya qayıtmayacaq. Bunu Livanın baş naziri Saad əl-Həriri Parisə səfəri zamanı “Le Monde” nəşrinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlan Yaxın Şərqi qarışdırmaq üçün yeni planlarını tətbiq edir. Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, Dahlanın nəzarətində işləyən Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının keçmiş rəhbəri Əhməd Carba müxtəlif tayfalardan topladığı 3 min ərəb döyüşçünü ABŞ-PYD ittifaqına verib.

Carbanın Hasekedə qərargah qurduğu və İdlibə hücuma hazırlaşdığı bildirilir.

Daha əvvəl yayılan xəbərə görə, Məhəmməd Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ və İsrail Tel-Əvivdə yerləşən ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı danışıqlara yenidən başlayıb. Bu barədə “Tayms of İsrail” informasiya yayıb.

Səfirliyin Qüdsə köçürülməsi ötən həftə İsrailin Baş naziri Benyamin Netenyahu və ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cared Kuşner arasında keçirilən görüşün də əsas mövzularından biri olub.

Qeyd edək ki, hələ 1995-ci ildə Konqres tərəfindən qəbul edilən qanun layihəsinə görə, İsraildəki ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə köçürülməli idi. Ərazinin mübahisəli bölgə olması səbəbindən ABŞ prezidentləri vaxtaşırı həmin qərarı təxirə salıblar.

İsrailin Baş naziri Benyamin Netanyahu İranın Suriya və Livanda raket istehsal edən müəssisələrinin olduğunu bildirib. Netanyahu İranın bu imkanlardan gələcəkdə İsrailə qarşı istifadə etmək məqsədinin olduğunu da deyib. Onun sözlərinə görə, İran Suriyada uzunmüddətli raket müəsissəsi tikib və bu qəbuledilməzdir.

“Tehran həm Suriya, həm də Livanda dəqiq idarə olunan raket müəssisələrinə malikdir. İsrail bununla barışa bilməz. Eləcə də BMT bunu qəbul edə bilməz”, - Netanyahu bildirib.

İsrailin “Kanal 2” telekanalı daha əvvəl İranın Suriyanın şimali-qərbində, Aralıq dənizi sahilində yerləşən Banyas qəsəbəsində uzun mənzilli raket istehsalı üçün zavod inşa etdiyini göstərən fotoşəkilləri dərc edib.

Fotoşəkillər peykdən çəkilmişdi.

İsrailə kiminsə hücum hazırlaması barədə Rusiyanın heç bir məlumatı yoxdur. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, İranın Suriya və Livanda İsrailə qarşı hücum hazırlığı görməsi barədə iddiaları təkzib edib.

Heç bir zaman Fələstin adında dövlət qurulmayacaq. Bunu jurnalistlərə açıqlamasında İsrailin Təhsil naziri Naftali Bennet söyləyib.

“Bəziləri Fələstin adında dövlət yaradılmasını arzu edirlər. Ancaq mən sizə bu xəyalın gerçəkləşməyəcəyinə dair söz verirəm. Fələstin dövləti əsla qurulmayacaq”, - deyə o bildirib.

Rəsmi Tehran İranla imzalanan nüvə razılaşmasından çıxmayacaq. Bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani söyləyib. O, həmçinin, İranın nüvə razılaşmasını pozanlara qarşı səssiz qalmayacağını bildirib.

Xatırladaq ki, Ruhani daha əvvəl ABŞ-ın sanksiyaları genişləndirməkdə davam edəcəyi halda, İranın nüvə proqramı üzrə razılaşmadan çıxa biləcəyini bildirmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ Prezidenti Donald Tramp Rusiyanı “böyük dövlət” adlandırıb. O, bunu Finlandiya Prezidenti Sauli Niinistyo ilə görüşü zamanı deyib.

“Ümid edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi yaxşılaşacaq. Mən bunu illərlə aydın şəkildə söyləmişəm. Bu, çox vacibdir. Rusiya nüvə gücü olan böyük ölkədir”, – o bildirib.

Almaniyada bundestaqa seçkilər ərəfəsində (sentyabrın 24-də keçiriləcək - red.) kansler Angela Merkel və onun əsas rəqibi olan Sosial-Demokrat Partiyasının sədri Martin Şults arasında mübarizə kəskinləşib. Kanslerin ABŞ-dan asılılığı və Rusiya barəsində siyasəti seçkiqabağı kampaniyanın mərkəzi məsələləridir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Donbasda vəziyyəti dondurmaq istəyir. Ancaq bunun Moskva üçün ciddi beynəlxalq nəticələri olacaq. Bunu Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker deyib.

Amerikalı diplomat güman edir ki, Rusiya Ukraynanın şərqindəki münaqişənin dondurulmasında maraqlıdır.

“Bu halda Rusiya Federasiyası tam təcrid vəziyyətində olacaq. Ölkə diplomatik və iqtisadi münasibətlər sistemindən atıla bilər”, - Volker bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Məhdudiyyətlərə əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva ABŞ-ın bu qərarına reaksiya verəcək.

Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılmasına etiraz olaraq Rusiya ABŞ-a nota verib. Rusiya XİN etiraz notasını ABŞ-ın Moskvadakı səfirliyinə təqdim edib. Etiraz notasında ABŞ tərəfindən nümayəndəlikdə planlaşdırılan axtarışlar aqressiv aksiya kimi qiymətləndirilib.

Rusiya Federasiyasının diplomatik missiyasının əməkdaşları ABŞ-ın bir neçə ştatında hərbiləşdirilmiş dəstələrdən ibarət şəbəkələr yaradır. Bu haqda “Slavic News in California” nəşrinə Ruslan Qurjiy yazıb.

Onun məlumatına görə, Kremlin ABŞ-da gözəçarpan aktivləşməsi Krımın zəbt edilməsi və Donbasa müdaxilədən sonra müşahidə olunmağa başlanıb.

Xüsusi diqqət hərbi məşqlər və sovet bayramlarının keçirildiyi müxtəlif düşərgələrin yaradılmasına ayrılır. Düşərgələrdə uşaqlara atıcı silahdan davranış qaydaları, bıçaqların atılması və sıra hazırlığı öyrədilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ordusunun Cənub Hərbi Dairəsinə aid aviasiya və hava hücumundan müdafiə qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Bununla bağlı Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov əmr verib.

Rostov və Volqoqrad bölgələrinə, Krasnodar və Stavropol əyalətlərində, Şimali Osetiya-Alaniya və Krım respublikalarına yerləşdirilən hava hücumundan müdafiə qüvvələrinin şəxsi heyəti həyəcan siqnalı ilə qaldırılıb.

Yoxlama zamanı aviatexnika, pilot və mütəxəssislərin döyüş hazırlığı qabiliyyəti yoxlanılıb. Döyüş qabiliyyəti müxtəlif səviyyələrdə taktiki təlimlərin nəticələrinə əsasən qiymətləndiriləcək.

Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır. Bunu “Qərb-2017” Belarus-Rusiya birgə hərbi təlimlərin ssenarisini təqdim edən Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə deyib.

Sentyabrın ortalarında keçiriləcək təlimlərdə nizami qoşunun hərbi qulluqçularından başqa ehtiyatdan çağırılan hərbi qulluqçular iştirak edəcəklər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ İranla imzalanan nüvə razılaşmasından çıxsa, Avropa Birliyi buna qarşı effektiv tədbirlər görə biləcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

“Biz ABŞ tərəfdən İranla imzalanan müqavilənin şərtlərini yerinə yetirməmək təşəbbüsü müşahidə edirik. Bütün bunlar müqavilənin ruhuna qarşıdır. Bu, həm də ABŞ-ın müqavilələrə sadiqliyini şübhə altına qoyur. Vaşinqtonun İranla nüvə razılaşmasından çıxması regional təhlükəsizliyə böyük zərbə olacaq”, – deyə o bildirib.

Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabriel Amerikanın nüvə silahlarının ölkə ərazisindən çıxarılması tələbi ilə çıxış edib. “Əminəm ki, nəhayət nüvə silahları üzərində nəzarət və silahsızlaşmanı yenidən müzakirə etmək əhəmiyyətlidir. Mən Martin Şultsun fikirlərini düzgün hesab edirəm”, - Almaniya xarici siyasət idarəsinin başçısı ABŞ-a səfərinin yekunları ilə əlaqədar deyib.

Təsdiq edilməmiş informasiyaya görə, Reynland-Pfals təyyarə bazasında ABŞ 20 nüvə bombası yerləşdirilib.

Daha əvvəl analoji bəyanatla Almaniya Sosial-Demokrat Partiyasının sədri Martin Şults çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yaponiya istiqamətində buraxdığı növbəti raket bölgədə vəziyyəti yenidən gərginləşdirib. ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyanı sərt cavabla hədələyirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cənubi Koreya prezidenti Mun Çje İn ölkənin silahlı qüvvələrinə Koreya Xalq Demokratik Respublikasına (KXDR) hücum strategiyasını hazırlamaq barədə göstəriş verib. “Mən silahlı qüvvələrin strukturunda müasir döyüş tələblərinə cavab verən islahatların keçirilməsini istəyirəm. Şimali Koreya təxribat törədəcəyi halda, yaxud da paytaxt Seula zərbə vuracağı halda, biz hücum strategiyasına tez keçə bilməliyik”, - “Renxap” informasiya agentliyi prezidentdən sitat gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın bu gün keçirdiyi növbəti raket sınağına sərt reaksiya göstərib. “Mən Pxenyanın Yaponiya istiqamətində raketlər buraxmasını şiddətlə qınayıram. Şimali Koreya raket proqramını dərhal dayandırmalıdır”, - baş katib Tvitter hesabında yazıb.

Rusiya rəsmi Pxenyandan BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnamələrə riayət etməsini tələb edir. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov danışıb.

“Biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinə sadiqik. Şimali Koreyadan olan qonşularımızın qətnamələrə tam şəkildə riayət etməsində israr edirik. Təhlükəsizlik Şurasında müzakirələrin gedişinə biz bu istiqamətdə rəhbərlik edirik və təşkil olunması nəzərdə tutulan danışıqlara da rəhbərlik edəcəyik”, - Lavrov bildirib.

Koreya yarımadası barıt çəlləyinə bənzəyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski söyləyib.

“Bu bizi narahat edir. Şimali Koreyanın bitməz raket sınaqları ABŞ-ın bu ölkənin rəhbərliyinə qarşı provokasyalarına bərabərdir. Bütün bunlar düzəldilməsi mümkün olmayan nəticələrə səbəb ola bilər. Şimali Koreyaya hərbi müdaxilə dalana dirənmək bir şeydir”, – deyə o bildirib.

Dünya ictimaiyyəti de-fakto nüvə silahına sahib olan dövlətlərin statusunu leqallaşdırmalıdır. Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib.

Nazarbayev Astananın Şimali Koreyanın ballistik raket sınağından narahat olduğunu bildirib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəsinin keçirdiyi son raket sınaqlarını şərh edib. Cənubi Koreyanın “Renxap” agentliyinin məlumatına görə, dövlət başçısı raketin buraxılmasını ABŞ-ın Quam adasına zərbənin “müqəddiməsi” adlandırıb.

Şimali Koreya lideri həmçinin Sakit okeanda ballistik raketlərin daha çox sınağını keçirmək barədə göstəriş verib. Kim Çen In həmçinin raketlərin zərbə gücünü artırmağı tələb edib.

Kimin sözlərinə görə, strateji qoşunların indiki təlimləri ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə yalnız ilkin cavabdır.

Xatırladaq ki, KXDR avqustun 29-da Yaponiyaya tərəf növbəti raket buraxıb. Raket Yaponiyanın Xokkaydo adasından şərqdə Sakit okeana düşüb. 2,7 min kilometr uçan raketin uçuş hündürlüyü 550 kilometrə çatıb.

Ukrayna

Donbasın reinteqrasiyası haqqında qanun layihəsində Rusiya ilk dəfə olaraq Ukrayna qanunvericiliyi səviyyəsində işğalçı dövlət adlandırılacaq. Bunu prezident Pyotr Poroşenkonun parlamentdə nümayəndəsi İrina Lutsenko bildirib.

O, Ukraynanın "Beşinci kanalı"nın efirində deyib ki, qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq.

Hazırda Ukraynanın şərqində qanunsuz silahlı birləşmələrin tərkibində təxminən 30 min döyüşçü var. Onlardan 4 mini Rusiyanın kadr hərbçisidir. Bu haqda dsnews.ua internet nəşri üçün hərbi ekspert Mixail Jiroxov yazıb.

Rusiya ilə müharibənin mümkün ssenarilərindən danışan ekspert qeyd edir ki, Donbasın işğal edilmiş ərazisində təxminən 350 tank var. Donbasdakı 30 min döyüşçünün ən azı 30 faizini Rusiya vətəndaşları təşkil edir. Onların da əksəriyyəti artıq kadr döyüşçüsü olmayan peşəkar hərbçilərdir.

Hərbi ekspert bildirir ki, bu gün Donbasda vəziyyətin inkişafının variantları çox deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya böyük müharibəyə hazırlığı başa çatdırır. Bu haqda Ordu, konversiya və silahsızlaşdırma tədqiqatları Mərkəzinin direktoru Valentin Badrak Kiyevdə mətbuat konfransında deyib.

Ekspert hesab edir ki, Rusiyada prezident seçkilərinə qədər – 2018-ci ilin yazında hərbi əməliyyatların keçirilməsi ehtimalı kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, hakimiyyətin davamı üçün Rusiya prezidenti Vladimir Putinə “qələbələr” lazımdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkə Konstitusiyasında Krım tatarlarına muxtariyyət statusunun verilməsi barədə mövqeyi qətidir. Bu haqda Krım tatarlarının lideri, Ukrayna deputatı Mustafa Cəmilov bildirib.

Onun sözlərinə görə, Krım tatarlarına muxtariyyət statusunun verilməsi o qədər də asan olmayacaq. Krım tatarlarının liderinin fikrincə, Konstitusiyaya dəyişikliklərə ən çox “qonşu ölkənin göstərişi ilə səs verənlər” (Rusiya nəzərdə tutulur –red.) mane olacaqlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransa və Rusiya arasında Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.

Prezidentin sözlərinə görə, Fransa Rusiya ilə vətəndaş cəmiyyətləri arasında danışıqları başladıb. Paris iqlim məsələlərində Rusiya ilə həmrəydir. Suriya məsələsində də birgə irəliləyişlər müşahidə olunur. Gələcəkdə bu problemin yaxınlaşma nöqtələrini tapmağa ehtiyac var.

Qeyd edək ki, Fransa və Rusiya prezidentləri may ayında Parisdə görüşmüşdü.

Digər ölkələr

Myanmada ordusu Arakan ştatında ötən həftəsonu başladığı hücumlarda üç min müsəlmanı qətlə yetirib. Bu haqda Avropa Rohinya Şurasının (ERC) sözçüsü doktor Anita Sçuq məlumat yayıb.

O, qətliamda yalnız bir oğlan uşağının sağ qaldığını deyib. Anita Sçuq son günlər müsəlmanlara qarşı törədilən qırğınların 2012 və 2016-cı ildə yaşanan qırğınlardan dəfələrlə çox olduğunu söyləyib.

Ştatın yalnız bir kəndində - Saugparada 1000-ə yaxın müsəlman öldürülüb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə təcili telefon zəngi edib. Telefon söhbətində Myanmada müsəlmanlara qarşı həyata keçirilən zorakılığın qarşısının alınması və bölgəyə humanitar yardımların çatdırılması müzakirə edilib.

Türkiyə prezidenti BMT və beynəlxalq ictimaiyyətin böhranın daha da dərinləşməməsi üçün təcili müdaxilənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, son günlər Myanmada müsəlmanlara qarşı həyata keçirilən qırğınlar dünya KİV-inin əsas mövzularından birinə çevrilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Filippin prezidenti Rodriqo Duterte narkoticarətlə mübarizə üzrə kampaniya çərçivəsində polis əməkdaşlarına “gicləri” öldürməyə icazə verib. “Sizin xidməti borcunuz tələb edir ki, həbs vaxtı müqavimət göstərən insanların öhdəsindən gələsiniz. Siz müqavimət göstərən gicləri öldürə bilərsiniz, bu mənim əmrimdir”, - Duterte bildirib.

Daha əvvəl Duterte özünün illik müraciətində qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən edilən tənqidlərə baxmayaraq, ölkədə narkoticatərlə mübarizədən geri çəkilmək niyyətində deyil.

2016-cı ilin mayında prezident seçilən Rodriqo Duterte narkoticarətə qarşı genişmiqyaslı kampaniyaya başlayıb. BMT-nin son məlumatlarına əsasən, ölkədə Dutertenin hakimiyyətə gəlişi anından cinayətkar qruplaşmalarla mübarizənin gedişatında 6 mindən çox insan öldürülüb.

Dünya ictimaiyyəti Filipin hakimiyyətinin mübarizə metodlarını dəfələrlə ittiham edib.

Hindistan-Çin sərhədində vəziyyət günü gündən daha çox narahatlıq doğurur. Nüvə dövlətləri bir-birini sərhəd təxribatlarında ittiham edirlər. Hindistan şimal sərhədlərində üç yeni hərbi korpus açır, Çin hərbi güclərini Tibetə çəkir.

Çin və Hindistan arasında yarım əsrdir davam edən sərhəd gərginliyi hind əsgərlərinin Çin sərhədini keçərək yol inşasına mane olması ilə yenidən artır.

Bütün sərt bəyanatlara və qoşunların hərəkətlərinə baxmayaraq, indi nə Nyu-Dehlidə, nə də Pekində böyük müharibəni istəmirlər. Kiçik sərhəd münaqişəsi çıxış yolu deyil. Məğlubiyyət regional liderlik iddialarından avtomatik imtina anlamına gəlir. Məhz Hindistan və Çin regional liderlik uğrunda mübarizə aparır. Qələbənin qiyməti isə çox böyük olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm