Şəmil Sadiq gənc şairin ittihamlarına cavab verdi
Bizi izləyin

Nida Xəbər

Şəmil Sadiq gənc şairin ittihamlarına cavab verdi

Nəşriyyat haqqında səsləndirdiyi ittihamlarına cavab verib.

“Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq gənc şair Taleh Mansurun sözügedən nəşriyyat haqqında səsləndirdiyi ittihamlarına cavab verib.

Şəmil Sadiq Publika.az-a açıqlamasında İsa Muğananın “İdeal” romanında hərf səhvlərinin olmasını etiraf edib: “Digər əsərləri deyə bilmərəm, ancaq “İdeal”da doğrudan da hərf səhvləri olub. Çünki “İdeal” 700 səhifəlik kitabdır. Digər tərəfdən isə bu kitab nəşr olunanda nəşriyyatımız yeni fəaliyyətə başlamışdı. Bu kitab bizdə 2013-cü ildə nəşr edilib. Həmin vaxtı isə nəşriyyatımız bədii ədəbiyyatın çapına yeni başlamışdı. Ancaq bu cür kiçik problemlər sonradan aradan qaldırıldı. Sonrakı çaplarda bu cür səhvlərə yol verilmədi”.

Xatırladaq ki, gənc şair Taleh Mansur sosial şəbəkədə “Hədəf” nəşriyyatı tərəfindən çap edilən İsa Muğananın “İdeal” romanında ciddi hərf səhvləri olduğunu bildirib: “Şəmil Sadıqgilin bir nəşriyyatı var, “Hədəf”di, Sədəfdi nədi, İsa Muğananın “İdeal” romanını nəşr eləyiblər. Kitabın hər səhifəsində azı dörd-beş hərf səhvi var. Amma dindirsən hamıya yuxarıdan aşağı, savadsız kimi baxırlar. Mən səlahiyyət sahibi olsaydım, belələrini yerindəcə güllələtdirərdim”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm