Nida Xəbər
Kremlin adamı 3 gün sonra Qarabağda baş verəcək qorxulu SSENARİNİ AÇIQLADI
Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 17-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında görüşə bilər. Rəsmi Bakı hələ 2016-cı ilin dekabr ayında bu görüşə razı olduğunu açıqlamışdı. Lakin Ermənistan tərəfi görüşlə bağlı dəqiq cavab verməyib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da Münhendə görüşün baş tutub-tutmayacağı haqda dəqiq məlumata sahib olmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, Kremlə yaxınlığı ilə seçilən
rusiyalı politoloq Sergey Markov isə təhlükəli
vəziyyətin yarandığını bildirib: “ATƏT-in Minsk qrupunun
həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
Münhendə görüşünü keçirməyə çalışacaqlar. Rusiya da Ermənistanın
görüşdə iştirak etməsi üçün təzyiq edə bilər. Lakin təəssüflə
proqnozlaşdırıram ki, bu danışıqlar nəyəsə nail olmayacaq. Çünki
ötən il “Kazan düsturu” (Qarabağ ətrafındakı rayonların
qaytarılması və Bakının istədiyi “mərhələli həll” paketini nəzərdə
tutan mexanizm – red.) çərçivəsində böyük razılaşmanın imzalanması
mümkün idi, lakin şans əldən qaçırıldı. Ermənistan rəhbərliyi bunu
imzalamaqdan boyun qaçırdı. Bu baxımdan, Münhen görüşündən sonrakı
vəziyyəti təhlükəli hesab edirəm”.
S. Markovun fikrincə, Münhen görüşündən sonra böyük hadisələr
olacaq.
“Qorxu ilə qeyd edirəm ki, ya hərbi toqquşmalar başlayacaq, ya da
başqa nələrsə olacaq. Lakin o da dəqiqdir ki, Ermənistan rəhbərliyi
Qarabağ münaqişəsinin nizama salınması üzrə öz mövqeyini
dəyişdirməyəcək”, - deyə o bildirib.
Asif
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır







.jpg)











.jpg.webp)




.webp)










.jpg)


