Nida Xəbər
Rusiyadan qorxunc QARABAĞ XƏBƏRDARLIĞI: “Ciddi hazırlıq gedir, müharibə qaçılmazdır”
“Qarabağda yeni müharibə qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar yoxdur. Həmçinin, toqquşma təkcə Qarabağ zonasında yox, Ermənistan-Azərbaycan sərhədində də ola bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi
ekspert Pavel Felqenqauer deyib.
Onun sözlərinə görə, münaqişə tərəfləri yeni müharibəyə ciddi
şəkildə hazırlaşır: “Mən toqquşmanın konkret nə vaxt olacağını deyə
bilmərəm, lakin bu, gec-tez baş verəcək. Hücumun kimin
başlayacağını da dəqiq deyə bilmərəm. Müharibənin miqyasının nə
qədər ola biləcəyini də demək çətindir. Bu, ötən ilin aprelində
olduğu kimi də baş verə, yaxud daha genişmiqyaslı və uzun müddətli
ola bilər. Lakin yenə deyirəm, yeni hərbi toqquşma mütləq baş
verəcək. Ümid edə bilərik ki, bu dəfə də toqquşmalar apreldəki kimi
qısa müddətli olsun”.
Hərbi ekspert vurğulayıb ki, münaqişə ilə bağlı siyasi proses
donub, əvəzində Ermənistan və Azərbaycan orduları ciddi şəkildə
müharibəyə hazırlaşır: “Onu da bildirim ki, müharibənin başlaması
üçün kimin birinci güllə atmasının əhəmiyyəti yoxdur. Çünki
tərəflər hər gün üz-üzədir və güllələr atılır”.
P.Felqenqauer qeyd edib ki, yeni eskalasiya Rusiyaya lazım
deyil.
“Kremlin başqa qayğıları var: Suriya, Ukrayna, Trampla anlaşma.
Əgər Qarabağda toqquşma baş verərsə, bu, Rusiya üçün əlavə yükdür
və Moskva tərəflərə atəşi dayandırmaq üçün təzyiq göstərəcək,
tərəfləri inandırmağa çalışacaq”, - deyə o bildirib.
Asif
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı





















.png)















