Nida Xəbər
Türkiyə ilə İran münasibətlərindəki gərginlik Azərbaycana təsir edəcəkmi?
“Türkiyə ilə İran arasında mövcud olan münasibətlərdə gərginliyin yaranması Azərbaycana ciddi təsir etməyəcək”.
Bu fikirləri Publika.az-a tanınmış geosiyasi-analitik, Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu bildirib.
V.Zifəroğlu deyib ki, Azərbaycanın Türkiyə və İranla münasibətləri bütün tərəflərə məlumdur:
“Biz Türkiyə ilə qardaş və strateji müttəfiq ölkəyik. Yəni, heç bir xarici təsir Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz. Eyni zamanda, İran da qonşu, bizim üçün maraq kəsb edən ölkədir. Hazırda İranda 40 milyona yaxın soydaşımız yaşayır. Ona görə də düşünmürəm ki, Türkiyə və İran arasında yaranan hər hansı gərginliyin Azərbaycana ciddi mənfi təsirləri olsun”.
Şərhçi Türkiyə ilə İranın açıq şəkildə qarşıdurmaya getməsi ehtimalının da olmadığını söyləyib:
“İki ölkə münasibətlərində zamanla yaranan gərginliklər müvəqqəti xarakter daşıyır. Ona görə də Türkiyə ilə İran münasibətlərində açıq qarşıdurmanın baş verməsi inandırıcı deyil”.
V.Zifəroğlu qeyd edib ki, əslində, “Türkiyə-Rusiya-İran ittifaqı” heç zaman formalaşmayıb:
“Əgər söhbət Astanada Suriya ilə bağlı keçirilən birgə müzakirələrdən gedirsə, bu hələ Türkiyə, Rusiya və İranın müttəfiq münasibətlər qurması mənasını vermir. Hər zaman bu fikirdəyəm ki, İranın Türkiyə ilə daimi müttəfiqlik münasibətləri qurması inandırıcı deyil. Çünki Türkiyə ilə İranın bir çox məsələlərə baxışları ziddiyyət təşkil edir. Həm İranın, həm də Türkiyənin Yaxın Şərqdə və digər regionlarda iddiaları var. Bu iddiaların da həyata keçirilməsi üçün İran və Türkiyə bir-birini rəqib olaraq görür. Hətta, birinci Astana görüşündə İran iştirak etmək istəmirdi. Rusiya işə qarışandan sonra İran Astana görüşündə iştiraka razılıq verdi. Bütün bunlar bir daha onu göstərir ki, İran Yaxın Şərqdə gedən proseslərdə Türkiyəni öz yanında görmək istəmir”.
Politoloq vurğulayıb ki, Türkiyə tərəfi özü də İranla ziddiyyət təşkil edən məqamların olduğunu qəbul edir:
“Ona görə də indiki məqamda Türkiyənin İranı müttəfiq kimi qəbul etməsi mümkün deyil. Həm Suriya, həm də İraq məsələsində Türkiyə və İranın maraqları tamamilə toqquşur. Hər iki ölkə Fələstini dəstəkləsə də, bu məsələdə fərqli və bir-birinə rəqib hərəkatlara dəstək verirlər. Bu mənada Türkiyə ilə İran arasındakı münasibətlərdə zaman-zaman gərginliyin yaranması təbii qəbul edilməlidir”.
Vasif Həsənli
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı
-
Region16 Avqust 17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16 Avqust 16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı















.webp)


















