Nida Xəbər
Dəhşətli məğlubiyyətə düçar olduq - İrəvan etiraf etdi və könüllü DƏSTƏLƏR TOPLAMAĞA BAŞLADI
“Ermənistan prezidenti Serj Sarkisyan işğal olunmuş
Azərbaycan ərazilərini qaytarmaq fikrindədir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda
I Qarabağ döyüşçüsü Arkadi Karapetyan deyib.
Karapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın “güzəşt edilməsi”
haqda dediyi sözləri şərh edərkən, bildirib ki, prezident Serj
Sarkisyan da eyni düşüncədədir: “Ohanyan kimdir? Seyran Ohanyan və
Serj Sarkisyan eyni ağacın meyvələridir. Sarkisyan da eyni şeyi
istəyir”.
Keçmiş erməni döyüşçü Ermənistanın Azərbaycana məğlub olduğunu qeyd
edib.
“Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər
balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır,
biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı
problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı
çərçivəsində yalnız qarajlardakı kamazlar təmir olunur. Bu
gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə kamaz təmir
edir. Bu bizi ələ salmaqdır”, - deyə o, Ermənistan ordusunun
acınacaqlı vəziyyətinə diqqət çəkib.
A. Karapetyan Ermənistan ordusunun yeni müharibədə qalib gələ
bilməyəcəyini vurğulayıb: “Biz qalib sırasında olmaq üçün könüllü
dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin
yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz
görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub
olacağıq. Dəqiq bilmirəm, amma Müdafiə Nazirliyi bununla bağlı nəsə
edir. Lakin işin daha genişmiqyaslı edilməsini istəyirəm”.
Asif
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf





























.jpg)

