Nida Xəbər
Azərbaycan Pakistandan düşməni məhv edəcək uzaqmənzilli raket alır
“Pakistan Azərbaycana orta uzaqmənzilli raketlər verə
bilər. Hansı ki, bu raketlər Rusiyanın Ermənistana verdiyi
“İskəndər” raket komplekslərinə qarşı istifadə edilə bilər”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi
ekspert Pavel Felqenqauer Azərbaycan-Pakistan hərbi əməkdaşlığına
münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Pakistan şəxsi raket sistemlərini istehsal
edir.
“İstisna deyil ki, Azərbaycan və Pakistan bu raket sistemlərinin
çatdırılması haqqında razılaşdı və bu raketlər “İskəndər”lərə qarşı
istifadə olunacaq”, - deyə o bildirib.
P.Felqenqauer qeyd edib ki, Pakistan Azərbaycana silahı Rusiya və
İsraildən daha ucuz qiymətə satacaq.
Qeyd edək ki, ötən il Rusiya Ermənistana “İskəndər” raket
kompleksini verib. İrəvan rejimi bu silahlara istinadən, öz “hərbi
qüdrətini” tez-tez dilə gətirir. Halbuki, bu raket kompleksinin,
əslində, Gümrüdəki rus hərbi bazasına məxsus olduğu haqda
informasiyalar var.
Asif
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir


















.png)
















