Əsgərlərimiz İrəvanı bir-birinə VURDU: Sarkisyan küncə sıxışdırıldı, Qarabağ SİRLƏRİ AÇILIR
Bizi izləyin

Nida Xəbər

Əsgərlərimiz İrəvanı bir-birinə VURDU: Sarkisyan küncə sıxışdırıldı, Qarabağ SİRLƏRİ AÇILIR

Məğlub olan Ermənistan şokda

Dağlıq Qarabağda gərginliyin davam etdiyi vaxtda Ermənistanın “aprel müharibəsi”ndə məğlub olmasının səbəbləri yenidən gündəmə gəlib.

Publika.az
xəbər verir ki, Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı “aprel məğlubiyyəti”nin əsas səbəbinin hərbi texnikanın normal işləməməsi olduğunu deyib.

O, ordunun keçmiş rəhbərliyini – Seyran Ohanyanı ittiham edib və bildirib ki, dizellə ağ neftin qarışığı tökülən hərbi texnikanın yanacağı bərpa olub. Ermənistanın baş naziri ordu rəhbərliyini xəyanətdə ittiham edib.

Seyran Ohanyan isə cavabında hakimiyyəti bütün sirləri ifşa etməklə hədələyib.

“Jamanak” qəzetinin məlumatına görə, keçmiş müdafiə naziri müvafiq kanallarla hakimiyyətə çatdırıb ki, lazım olarsa, ordudakı özbaşınalıq, rüşvətxorluq və digər məqamlarla bağlı bütün sirləri açacaq.

“Ordunun ağ neft ehtiyacını Ermənistana Narseq Beqlaryan gətirir. Ohanyan deyib ki, əgər yanacaq məsələsini onun üzərinə atacaqlarsa, o, bütün günahkarların adlarını bir-bir açacaq”, - deyə qəzet yazıb.

Erməni siyasi ekspert Samvel Ohanesyan “armenianreport” saytında yayımlanan məqaləsində Ermənistanın siyasi-hərbi rəhbərliyini tənqid edərək, “aprel məğlubiyyəti”ndə hamısının günahı olduğunu yazıb.

“Ordudan həmişə oğurlayırdılar, indi də oğurlayırlar və bu, davam edəcək. “Aprel döyüşləri”ndən sonra ölən əsgərlərin yaxınları danışırdı: “Tanklara yanacaq yerinə su tökülürmüş”. “Döyüş sursatları yox idi”. “Gülləkeçirməz jiletlər yox idi”. Maraqlıdır ki, Ermənistanın başında dayananlar niyə bu problemlər haqqında indi danışır? Bunun cavabı sadədir: məğlubiyyəti Ohanyanın belinə yükləmək üçün. Beləliklə, onu hakimiyyəti kəskin tənqid etməsinə görə cəzalandırmaq niyyətindədirlər. Burada məqsədim Ohanyanı müdafiə etmək deyil. Hamımız bilirik ki, Azərbaycan Ordusu apreldə 800 hektar ərazini (əslində 2 min hektar ərazi işğaldan azad edildi, lakin, Ermənistan rəhbərliyi bunun miqyasını kiçildir – red.) azad etdi. Hamı onu da bilir ki, orduda acınacaqlı vəziyyət hökm sürür. Lakin o da dəqiqdir ki, bu vəziyyət Ohanyanın istefaya göndərilməsindən sonra başa çatmadı və bu gün də davam edir”, - deyə ekspert yazıb.

S.Ohanesyan qeyd edib ki, Ohanyan müdafiə naziri olanda dövlət əmlakını oğurlayır və talançılıqla məşğul olurdu: “Necə ki, bütün sistem eyni işlə məşğuldur. Hətta o, öz yanında arvadına da iş vermişdi. Sadəcə olaraq, həmin vaxt rəhbərliyə qarşı çıxmırdı. Göründüyü kimi, sistem belə işləyir: məmura oğurlamağa icazə verirlər, lakin onun haqqında məlumatları da əldə saxlayırlar. Nə vaxt rəhbərliyə qarşı çıxsa, materialları ortaya atılır. Maraqlıdır ki, həmin vaxt heç kim ordudakı oğurluqlarla mübarizə aparmırdı, nə Serj Sarkisyan, nə indiki müdafiə naziri Viqen Sarkisyan, nə də Karen Karapetyan. Əslində bu “dəstənin” arasında heç kim yaxşı deyil. Sadəcə olaraq, gəmi artıq deşilib və buna görə kimsə cavab verməlidir. Siçovullar gəmini yavaş-yavaş tərk edir”.

Erməni ekspert ordunun hazırda da acınacaqlı vəziyyətdə olduğunu, oğurluqların indi də davam etdiyini yazıb: “Artıq ikinci dəfə məğlubiyyət yaxınlaşır”.

Qeyd edək ki, Azərbaycan Ordusunun dünən erməni hərbi birləşmələrinə cavab atəşindən sonra Ermənistanda ciddi təşviş yaranıb.

Belə ki, ordumuz erməni hərbi biləşmələrinin dayaq məntəqəsini, hərbi texnikasını və mövqelərimizə soxulmağa çalışan diversiya qrupunu məhv edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu zərbələrdən sonra Ermənistanda ordunun acınacaqlı vəziyyətdə olması haqda tənqidlər səslənib.

Ermənistan prezidenti Serj Sarkisyan isə Azərbaycan Ordusunun zərbələrindən sonra çıxış edərək, “biz müharibə istəmirik” deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm