Nida Xəbər
ABŞ kəşfiyyatı Putinin Qarabağ PLANINI ORTAYA ÇIXARDI: bizi nə gözləyir? - DETALLAR
ABŞ Mərkəzi Kəşfiyyatının “kölgəsi” hesab olunan
“Stratfor” beyin mərkəzi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı
vəziyyəti və perspektivləri analiz edib.
Publika.az xəbər verir ki, mərkəz 2016-cı ildə “aprel
döyüşü”nün parıltısının bu il də meydana çıxdığını yazıb: “Bu
münaqişə xarici oyunçudan – Rusiyadan asılıdır. Lakin regionda
üstün mövqeyə malik olmasına baxmayaraq, Rusiyanın vasitəçiliyində
ötən ilə heç bir irəliləyiş olmadı. “Aprel müharibəsi” bu il
yenidən qayıdır və görünən odur ki, Ermənistan-Azərbaycan arasında
hərbi toqquşmalar ehtimalı yüksək olaraq qalacaq”.
Məqalədə bildirilir ki, münaqişədə Azərbaycan və Ermənistanın
mövqeyi aşkardır, Rusiyanın mövqeyi isə çox mürəkkəbdir.
“Rusiyanın Ermənistan və Azərbaycanda marağı var və bu ölkələrə
xarici təsirləri buraxmamağa, öz mövqeyini bərkitməyə çalışır.
Moskva Ermənistanda buna nail oldu. Hazırda Ermənistanın iqtisadi
və strateji sahəsinin çox hissəsinə nəzarət edir. Azərbaycan isə
daha müstəqildir və şaxələndirilmiş xarici siyasət aparır. Türkiyə
ilə sıx əlaqələrə malikdir, böyük enerji istehsalçısıdır. Rusiya
Avropanın enerji bazarında öz mövqelərini gücləndirmək üçün,
həmçinin, Türkiyənin Yaxın Şərqdə iddialar irəli sürməsi fonunda
Bakı üzərində öz təsir imkanlarını artırmaq istəyərdi”, - deyə
mərkəzin analitikləri hesab edirlər.
Məqalədə “aprel müharibəsi” xatırlanır və qeyd olunur ki, Rusiya
erməni müttəfiqlərini dəstəkləmədi və neytral mövqe tutdu: “Bununla
həm də Bakının böyük azadlığa malik olması mesajı verilirdi”.
“Stratfor” Rusiyanın Dağlıq Qarabağ münaqişəsində “Lavrov planı”nı
tətbiq etmək arzusunda olduğuna diqqət çəkib.
“Bu plana görə Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana
qaytarılır, Rusiyanın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının sülhməramlıları regiona daxil edilir.
Azərbaycan bu plana müəyyən qədər razılaşa bilər, lakin Ermənistan
qarşı çıxır. Əgər Rusiya bu planı tətbiq edirsə, o zaman İrəvanın
müqavimətini qırmalıdır. Lakin indiki halda Sarkisyan hakimiyyəti
torpaqların qaytarılmasına qarşı çıxır. Ermənistanda aprelin 2-nə
parlament seçkiləri təyin olunub. Moskva İrəvan hakimiyyətinin bir
neçə fiquru və müxalifət liderləri ilə sıx əlaqələri inkişaf
etdirir, hansı ki, onlar münaqişənin nizama salınmasında Rusiya
variantını qəbul etməyə meylli ola bilərlər”, - deyə mərkəz
yazır.
“Stratfor” Dağlıq Qarabağda genişmiqyaslı müharibənin ola
biləcəyini istisna etmir və qeyd edir ki, yeni müharibədə Rusiya öz
planını Ermənistana daha asanlıqla qəbul etdirə bilər.
Həmçinin, onu da qeyd edir ki, Yaxın Şərqdən yayınan İran və
Türkiyə Qafqazda aktivləşə və Rusiyanın hökmranlığına qarşı çıxa
bilər.
Asif
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR