Nida Xəbər
“Aprel müharibəsi”ndə nələr yaşanıb? - İrəvanın SİRRİ ORTAYA ÇIXDI
Ermənistanın “aprel müharibəsi”ndə məğlubiyyətinin yeni
sirləri ortaya çıxıb.
Publika.az xəbər verir ki, Ermənistan ordusunda acınacaqlı
vəziyyəti davam edir.
Erməni hüquq-müdafiəçisi Ruben Martiorosyan deyib ki, onda olan
məlumatlara görə, “aprel müharibəsi”ndə bir çox tank döyüş yerinə
qədər gedib çata bilməyib: “Buna səbəb yanacağın olmaması idi.
Döyüş hazırlığına gətirilən tankların yalnız 10 faizində yanacaq
var idi. 90 faiz tankın çəni isə boş idi. Çünki bütün yanacaq
oğurlanaraq satılıb”.
Onun sözlərinə görə, Ermənistan ordusunda oğurluq hazırda da davam
edir və nəhəng ölçülərə çatıb.
“Əgər bu gün hərbi hissələrdə yoxlama aparılarsa, əminəm ki,
biabırçı nəticələr ortaya çıxacaq. Yanacaq oğurlayanlar başqa
məhlullarla qarışdırılmış yanacaqları texnikaya tökür, buna görə də
hərbi texnika yararsız vəziyyətə düşür. Ordu rəhbərliyi bu
problemləri yaxşı bilir. Bununla bağlı prokurorluqda və istintaq
komitəsində cinayət işi açılsa da, iş dayandırılıb. Bu problemi
keçmiş müdafiə naziri Seyran Ohanyan da bilirdi, indiki müdafiə
naziri Viqen Sarkisyan da bilir. Lakin onlar buna göz yumurlar,
çünki haqları çatır. Lakin orduda oğurluq və mənimsəmə təkcə
yanacaqla yekunlaşmır. Məndə olan məlumata görə, əsgərlərə verilən
kartof 50-60 drama alınır. Bu kartof keyfiyyətsizdir. Lakin həmin
kartofun qiyməti sənədlərdə 120-130 dram göstərilir”, - deyə o
bildirib.
Hüquq müdafiəçisi qeyd edib ki, Ermənistan ordusundakı qətllərin və
intiharların əksəriyyəti də məhz oğurluqlarla bağlıdır: “Bizdə
faktlar var ki, Valeri Muradyan adlı əsgər yanacağı texnikadan necə
oğurlandığını görüb. Danışmaması üçün ona pul təklif ediblər, lakin
o, pulu götürməyib və bildirib ki, gördükləri haqda heç kimə
danışmayacaq. Amma onun sözlərinə inanmadılar və onu öldürdülər. Bu
ölümü leytenant Artak Nazaryanın üstünə yıxdılar və şantajla ondan
hər ay 80 min dram aldılar. Belə nümunələr onlarladır”.
Asif
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
MDB09:39Cəbhədə qeyri-adi hadisə: Dronu budaqla vurdu
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
ABŞ09:19ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir





















.png)













