Nazir müavini: “Ermənistan işğal etdiyi əraziləri qanunsuz silah alveri məkanına çevirib” - - YENİLƏNİR
Bizi izləyin

Nida Xəbər

Nazir müavini: “Ermənistan işğal etdiyi əraziləri qanunsuz silah alveri məkanına çevirib” - - YENİLƏNİR

Nazir müavini: “Ermənistan işğal etdiyi əraziləri qanunsuz silah alveri məkanına çevirib” - - YENİLƏNİR

“Qaçqın və məcburi köçkünlərin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların, qadınların problemlərinin həlli diqqət mərkəzində olub”.

Publika.az xəbər verir ki, Ailə, Qaldın və Üuşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı bildirib.

H.Hüseynova deyib ki, Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti sahəsində bacarıqlarının inkişafına yönəlik layihələr həyata keçirilib, qadın sahibkarlara dəstək verilib:

“Azərbaycanda təsdiqlənən strateji “yol xəritələri”ndə iqtisadiyyatda qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Regionlarda qadın sahibkarların fəaliyyətinin genişlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda qadın sahibkarlara diqqət sayəsində qadınların cəmiyyətdə rolu artıb:

“Bu, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynayır. Mən tezliklə Azərbaycanın işğal olunmuş ərazilərinin azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağına inanıram. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da ilk müşavirəsini məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllinə həsr edib. Bunun özü də Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin prioritet məsələlər sırasında yer aldığını bir daha təsdiq edir”.

10:48

İclasın müzakirələr hissəsi başlayıb. Təhsil naziri Mikayıl Cabbarov vurğulayıb ki, 1993-cü ildə doğulan hər 3 uşaqdan biri qaçqın və məcburi köçkün olub:

“Bütün bunlar Azərbaycanın necə bir problemlə üzləşdiyini göstərir. Yaxşı olar ki, beynəlxalq ictimaiyyət bu məsələyə diqqət etsin”.

***

“Azərbaycanın işğal olunmuş əraziləri qanunsuz narkotik vasitələrinin və silah alverinin məkanına çevrilib”.

Publika.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı bildirib.

X.Xələfov deyib ki, dünya birliyi bu məsələdə vahid mövqedən çıxış etməyənə qədər transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə effektli olmayacaq:

“Hazırda bu məsələlərlə bağlı ikili standartlarla yanaşma müşahidə olunur. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məqsədli və qanunsuz məskunlaşma siyasəti həyata keçirir. Bununla da Ermənistan məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olmağa çalışır. Ermənistan tərəfindən soyqırım və insanlığa qarşı cinayətlər törədilib. 1992-ci ildə Xocalı şəhərində əhaliyə qarşı soyqırım törədilib. Bu soyqırım bir sıra dövlətlər tərəfindən soyqırım kimi tanınsa da, bəzi dövlətlər buna hələ də biganə yanaşır. Bu, yolverilməzdir”.

Nazir müavini söyləyib ki, qaçqın və məcburi köçkün problemlərinin həlli ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, ikili standartlara son qoyulmasını, birgə humanitar səyləri vacib edir:

“Bu problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövryyəsinə yol açır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi kçökün var. Bu problemin miqyası geniş olsa da, Azərbaycan hökuməti həmin insanların sosial durumunun yaxşılaşdırılması, təhsili və digər sahələrdə ciddi nəticələr əldə edib. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq onların problemi torpaqlar azad ediləndən sonra tam həllini tapacaq. Azərbaycan hökuməti bununla bağlı “Böyük Qayıdış” Proqramı hazırlayıb. Azərbaycan hökuməti işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına da başlayıb”.

X.Xələfov həmçinin qeyd edib ki, Avropa Məhkəməsi Çıraqov və digərlərinin işi ilə bağlı çıxardığı qərarda Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırır:

“AŞPA-nın qətnamələrində də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur”.

X.Xələfov əlavə edib ki, bu gün Bakıda işə başlayan AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında Azərbaycanın üzləşdiyi təcavüz, qaçqın və məcburi köçkün problemi, danışıqlar prosesinə Ermənistanın da münasibəti məsələləri müzakirə olunacaq:

“Dünyada, yaxın Şərqdə baş verən münaqişələr, humanitar addımlar adı altında dövlətlərin daxili işinə qarışılması, təcavüz məsələlərində də tədbir zamanı toxunulacaq. Tədbirdə Avropa strukturlarının Dağlıq Qarabağ probleminə münasibəti məsələsinə də diqqət yetiriləcək”.

10:37

“Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində həyata keçirdiyi məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa ziddir və müharibə cinyaətidir”.

Publika.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı bildirib.

Nazir müavini deyib ki, Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilər işğal olunmuş Azərbaycan ərazilərinə köçürülür:

“Ermənistanın bu avantürasına beyqəlxalq qiymət verilməlidir. Onsuz da Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi kbçkünlərin problemləri həllini tapacaq. Beyqəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir”.

***

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində 700-ə qədər təhsil müəssisəsi məhv edilib”.

Publika.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, 2010-cu ildə Ağdam rayonunda Fariz Bədəlov Ermənistan əsgərləri tərəfindən snayperlə qətlə yetirilib:

“Ermənistan münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün təşəbbüsləri əngəlləyir. Ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan qaçqın və məcburi öçkün tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilməkdədir. Dövlət Proqramı çərçivəsində yüzdən çox qaçqın və məcburi köçkün gənc təhsil alıb”.

M.Cabbarov qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun əks-hücumu nəticəsində azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə bərabər ilk mərhələdə məktəb tikintisi də nəzərdə tutulub:

“Növbəti təhsil ilində isə şagirdlər təhsil ala biləcəklər. Təhsilin bu qrup üçün əlçatan olması onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır”.

Nazir vurğulayıb ki, Azərbaycan təhsil sistemində etnik nifrətin aşılanması siysasətini seçməyib:

“Azərbaycanda təhsitl sistemində multikulturalizm, tolerantlığı aşılayan təhsil sistemi mövcuddur. Ermənistanda isə bunun əksidir. Azərbaycanda tarixən müxtəlif millətlər qarşılıqlı mehribandıq və sülh şəraitində yaşayıb. Azərbaycan tolerantlıq sahəsində dünyaya nümunədir, antisemitizmin olmadığı nadir ölkələrdəndir. Biz inanırıq ki, gənclərin çoxdilli mühitdə təhsil alması cəiyyətdə tolerantlığın güclənməsinə töhfə verəcək. Bu baxımdan ali təhsil üməssisələrimizdə müxtəlif ölkələrin tələbələrinin təhsil alması üçün imkanlar yaradılıb. Yalnız həqiqi vətəndaşlar kimi yetişdirilən insanlar millətin gələcəyi üçün töhfə verə bilər. Təhsil millətin gələcəyi üçün ən yaxşı vasitədir”.

10:29

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətinə qarşı ciddi addımlar atmağa çağırıb.

Publika.az xəbər verir ki, komitə sədri S.Seyidov bu gün Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün işğalçı Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirib.

S.Seyidov deyib ki, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova münaqişələr və müharibələrlə üzləşib:

“Bu münaqişələr nəticəsində minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalı nəticəsində Azərbaycan da qaçqın və məcburi köçkün problem ilə üzləşib. Çox təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı lazımı addımlar atmır. Bunun nəticəsində isə dünyada qaçqın və miqrant böhranı yaşanır”.

S.Seyidov həmçinin qeyd edib ki, indi insan hüquqularının qorunması məsələsi beynəlxalq təşkilatlar üçün ali prinsiplərdən biri olmalıdır:

"Münaqişələr nəticəsində qaçqın və miqrant vəziyyətinə düşən insanların pozulmuş hüquqları bərpa olunmalı və qorunmalıdır”.

10:11

“Azərbaycan 17 ildir ki, AŞPA-nın tam hüquqlu üzvüdür və qurumla sıx əməkdaşlıq edir”.

Publika.az xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib.

Vitse-spiker deyib ki, Azərbaycan Milli Məclisi bundan sonra da münasibətlərin hərtərfli inkişafı üçün AŞPA ilə qarşılıqlı hörmətə və iki tərəfin maraqlarına cavab verən əməkdaşlığa maraqlıdır.

“Bu komitə bizim üçün xüsusi önəmlidir. Çünki Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu problemlərlə qarşılaşıb. Torpaqlarımızn 20 faizinin inkişafı müstəqilliyimin ilk illərində 10 milyon əhalisi olan 1 milyon qaçqın və məcburi köçkün var. Avropa İttifaqı Suriya, İraq və digər ölkələrdən olan 2 milyon qaçqın problemini hələ də həll etməyib. Amma Azərbaycan illərdir ki, qaçqın probleminin öhdəsindən təkbaşına gəlir. Azərbaycanın bu problemlə üzləşməsinin yeganə səbəbi Ermənistanın işğalçılıq siyasəti, etnik təmizləmə və beynəlxalq təşkilatların ikili standrtlara uyğun yanaşmasıdır. Əgər vaxtında beynəlxalq ictimaiyyət ədalətli mövqe tutsaydı, bu gün postsovet ölkələrində bu problem olmazdı. Bu gün dünya qaçqınlarla bağlı ciddi problemlərlə üzləşib. Bu problemlərin aradan qaldırılması üçün komitəni qəti addımlar atmağa çağırıram”.

10:00

Bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası işə başlayıb.

Publiika.az xəbər verir ki, iki gün davam edəcək iclas Milli Məclisin binasında keçirilir.

İclasın açılış mərasimində komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin sədr ümavini Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelis iştirak edir.

Qeyd edək ki, iclas iştirakçıları daha sonra Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbəsinə baş çəkəcək, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşəcəklər.

İclas sabah da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Valeh Əsgərov qonaqları salamlayaraq bildirib ki, AŞPA-dan Bakıya böyük nümayəndə heyətinin gəlməsi və bu iclasın Bakıda keçirilməsi münasibətlərin gələcək inkişafı üçün mühüm töhfədir:

“Yaxın günlərdə AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası da Bakıda keçiriləcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm