Nida Xəbər
Avtomatlar işə düşdü: İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ - VİDEO
Ermənistanda parlament seçkiləri öncəsi ciddi
toqquşmalar yaşanır.
Publika.az xəbər verir ki, Armavir rayonunun Crarat
kəndində hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında
silahlı toqquşmadan sonra gərginlik davam edir.
“Müstəqil müşahidə” ittifaqı martın 12-də baş verən toqquşmadan
sonra kənddə hələ də fövqəladə vəziyyətin davam etdiyini
açıqlayıb.
Hadisələr keçmiş xarici işlər naziri Vardan Oskanyan, “İrs”
partiyasının sədri Raffi Ovanesyan və keçmiş müdafiə naziri Seyran
Ohanyanın yaratdığı “Oskanyan-Raffi-Ohanyan” (ORO) blokunun
seçkiqabağı dövrdə kənddə keçirdiyi təbliğat kampaniyası zamanı baş
verib.
Blokun mitinqinə avtomatla hücum edilib. Martın 14-də isə daha bir
silahlı hücum baş verib, nəticədə “ORO” blokunun nümayəndələri
yaralanıb.
“ORO” bu hadisələrə görə, hakimiyyəti ittiham edib və hücumun
birbaşa seçkilərlə bağlı olduğunu açıqlayıb.
Blokun üzvlərindən Armen Martirosyan deyir ki, martın 12-də
Craratda seçkiqabağı görüş zamanı kənd sovetinin sədri Samvel
Qalstyan vətəndaşlardan ərazini tərk etməyi tələb edir.
“O, söyüş söyürdü. Tədbirdən sonra “ORO” tərəfdarları kənd soveti
sədrindən söyüş söydüyünə görə cavab verməyi tələb etdilər. Şifahi
atışma belə başladı. Sonra blok tərəfdarlarının evinə polis
rəisinin müavini, polkovniki Lernik Yeranosyan gələrək, tapança ilə
onları hədələyib. Hətta havaya güllə də atıb”, - deyə o
bildirib.
Martirosyan qeyd edir ki, Lernik Armavir rayonunun polis rəisinin
müavini Levon Yeranosyanın qardaşıdır.
Hakim Respublika Partiyası hadisəni şərh etməkdən imtina edib.
“Müstəqil müşahidə” ittifaqının məlumatına görə, kənddə gərgin
atmosfer hökm sürür.
“Azadlıq radiosu”nun erməni xidməti Levon Yeranosyanın bu ilin
yanvarında prezident Serj Sarkisyan tərəfindən “ictimai asayişin
qorunmasına” görə ordenlə təltif edildiyini yazıb.
Ermənistan mediasının məlumatına görə, ölkədə seçkiqabağı vəziyyət
kəskinləşib və siyasi cəbhələr arasındakı qarşıdurma silahlı
toqquşlmalara gətirib çıxara bilər.
“ORO”-nun lideri olaraq çıxış edən keçmiş müdafiə naziri Seyran
Ohanyan Craratdakı hadisələr haqqında danışarkən, hakimiyyəti
təhdid edib.
“Əgər hadisələrə düzgün qiymət verilməsə, heç kəs üçün yaxşı
olmayacaq”, - deyə o bildirib.
“ORO”-nun üzvü, qondarma “DQR”-in keçmiş “müdafiə naziri” Samvel
Babayan isə hakimiyyəti silahla hədələyib və qeyd edib ki, “onlar
əllərinə silah alarsa, bu heç də yaxşı olmayacaq”.
2016-cı ilin iyulunda İrəvanda polis alayının binasını tutan
qiyamçılara qida daşıdığına görə həbs olunan 49 yaşlı Artur
Sarkisyanın ölümü isə Ermənistanda ciddi etirazla qarşılanıb.
İnsanlar küçələrə axışaraq, etiraz aksiyası keçiriblər. Hazırda
sakitlik olsa da, aksiyaların davam edəcəyi gözlənilir.
Siyasi müşahidəçilər Ermənistanda aprelin 2-də keçiriləcək
parlament seçkilərinin qanlı olacağını deyirlər.
Asif
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik








.jpg)




























