Nida Xəbər
Sarkisyanın qəfil ölümü: Ermənistanda alternativ hökumət qurulur
Dünən “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur
Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti
kəskinləşdirib.
Publika.az xəbər verir ki, Artur Sarkisyan ötən il
İrəvanda polis alayı binasını tutan “Sasna Çrer” qruplaşmasına qida
daşıdığı üçün həbs olunub. Sonradan sərbəst buraxılsa da, 31
dekabrda yenidən həbs olunub. İkinci dəfə həbs olunandan sonra
Sarkisyan aclıq aksiyasına başlayıb. 25 günlük aclıqdan sonra onun
səhhəti pisləşib. Dünən xəstəxanaya yerləşən Sarkisyan ölüb. Buna
etiraz olaraq ermənilər dünən İrəvanda aksiya keçiriblər. Yeni
aksiyaların olacağı gözlənilir.
“Azad demokratlar” partiyasından deputatlığa namizəd Anait Baxşyan
Artur Sarkisyanın ölümünün Ermənistanda hakimiyyət dəyişikliyinin
anonsu olduğunu deyib.
“Artuq Sarkisyan öz addımı ilə özünü əbədiləşdirdi. Onun ölümü
hakimiyyətə davranışlarını təkrar gözdən keçirməsi üçün mesajdır.
İnsanı ölümün kandarına qədər çatdırmaq əxlaqsızlıqdır.
Ermənistanda hakimiyyətin dəyişməsi artıq qaçılmazdır. Bu üfunətli
sistem çürüyüb. Arturun ölümü də hakimiyyət üçün çox pis xəbərdir”,
- deyə o bildirib.
Erməni siyasətçi hakimiyyətin devrilməsi üçün insanları küçələrə
çıxmağa səsləyib.
Erməni politoloq Aleksandr İskəndəryan isə A.Sarkisyanın ölümünün
seçkilərə ciddi təsir etməyəcəyini hesab edir: “Əslində, belə
ölümlər siyasətdə həmişə kataklizmlərə, dəyişikliklərə səbəb olur.
Lakin Ermənistan reallığında bu mümkün deyil. Ciddi dəyişiklik
olması üçün 100-200 min insan küçələrə çıxmalıdır. Əslində ölkədə
ciddi sosial problemlər var və insanlar hər-hansı səbəb görə
olursa, olsun, etiraz aksiyalarına çıxmağa hazırdırlar”.
“Lragir” saytı isə sosial şəbəkələrdə “Milli razılıq hökuməti”nin
formalaşması haqda məlumatların yayıldığını yazıb.
Sayt qeyd edir ki, “Ohanyan-Raffi-Oskanyan” blokunun və digər
siyasi partiyaların hakimiyyətə alternativ olaraq “milli razılıq
hökuməti”nin yaradılmasında iştirak edə bilərlər.
“İndi hər şey Artuq Sarkisyanın dəfninin necə keçməsindən asılıdır.
Hansı ki, bu dəfndə minlərlə insan iştirak edəcək”, - deyə sayt
qeyd edib.
Asif
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər











.jpg)
.jpg)




.jpg)












.jpg)




