Lukaşenko erməni səfirinə yerini göstərdi: “Biz buna məcbur idik”
Bizi izləyin

Nida Xəbər

Lukaşenko erməni səfirinə yerini göstərdi: “Biz buna məcbur idik”

“Axı biz niyə Azərbaycan və Ermənistanla dalaşmağa, ya da söyüşməyə məcburuq?"

“Axı biz niyə Azərbaycan və Ermənistanla dalaşmağa, ya da söyüşməyə məcburuq? Minsk Lapşinin ekstradisiyası ilə əlaqədar nə Azərbaycanla, nə də Ermənistanla dalaşmaq niyyətində deyil. Ola bilər, biz nə vaxtsa, Azərbaycan və Ermənistana lazım olacağıq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Minskdə Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus prezidenti blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı yaranan vəziyyətdən danışıb:

“Lapşinin xatırlayın. Qulaq asın, Ermənistanın buna nə aidiyyəti var? Bəli, Ermənistan Lapşin haqqında heç vaxt mənə heç nə demirdi. Bir ölkə - Azərbaycan onun axtarışını elan etmişdi. O, burada tutulanda düşündüm ki, görəsən, niyə onu həbs ediblər? Açığını desəm, bunun ucbatından başımız ağrıyıb. Lakin biz onu tutduq. Biz onu kimə verməliydik? Biz Lapşini onu axtarışa verən ölkəyə verməyə məcbur idik”.

Xatırladaq ki, Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib.

İsrail və Ukrayna vətəndaşlığı olan Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.

Onun ekstradisiyası Ermənistanda kəskin etirazla qarşılanıb. Lakin rəsmi Minsk hər şeyin beynəlxalq qanunvericilin çərçivəsində edildiyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm