Qarabağın qaytarılması ilə bağlı GİZLİ SAZİŞ: Sarkisyanla Ter-Petrosyan RAZILIĞA GƏLDİ
Bizi izləyin

Nida Xəbər

Qarabağın qaytarılması ilə bağlı GİZLİ SAZİŞ: Sarkisyanla Ter-Petrosyan RAZILIĞA GƏLDİ

Əraziləri qaytarmağa məcbur qaldılar...

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın öz ölkəsinin İctimai televiziyasına müsahibəsində işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir.

Publika.az
xəbər verir ki, erməni ekspertlər Petrosyanın Sarkisyanla birgə hərəkət etdiyini və əhalinin ərazilərin qaytarılmasına hazırlandığını hesab edir.

“Aykakan Jamanak” qəzeti də öz mənbələrinə istinadən yazır ki, Ermənistanda hakimiyyətin bu planı mövcuddur: “Petrosyan 45 dəqiqəlik müsahibəsində münaqişənin həlli yollarını açıq şəkildə göstərdi. Bu ərazilərin qaytarılması və öz müqəddəratını təyin etmədir. Yəni ərazilər qaytarıldıqdan sonra Qarabağdakı ermənilər orada təhlükəsiz şəraitdə yaşayacaqlar. Petrosyan irəli sürərək qeyd edir ki, Ermənistanın gələcəyi münaqişənin həllindən keçir. Onun müsahibəsindən bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqladı ki, tərəflər danışıqlar masasında olan sənədin bir neçə bəndləri üzrə razılığa gəldilər, lakin 2-3 məsələni tamamlamaq qalır. Belə fikir var ki, Ter-Petrosyan əslində Sarkisyana kömək edir. Bunu siyasi mənbələr də təsdiq edir. Hətta belə deyilir ki, “Erməni Milli Konqresi” parlamentə düşəcək, çünki onun irəli sürdüyü tezislər hakimiyyətə lazımdır. Sarkisyan cəmiyyəti ərazilərin qaytarılmasına hazırlayır və bu işdə ona “Erməni Milli Konqresi” kömək edəcək”.

Lakin qəzet əlavə edir ki, Ermənistan daxilində ərazilərin qaytarılmasına qarşı olan qruplar mövcuddur: “Hətta onlar status-kvonun saxlanılması üçün terror aktları törətməyə belə hazırdırlar”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bir neçə gün öncə “lragir” saytı da eyni məsələni gündəmə gətirmişdi.

“Levon Ter-Petrosyan cəmiyyəti münaqişənin nizama salınması variantlarına hazırlayır. Belə fikir var ki, hakimiyyət qanunauyğunluğa görə bu işi birbaşa özü həyata keçirə bilmir. Buna görə də Petrosyana cəmiyyəti ərazilərin qaytarılması və münaqişənin həllinin vacibliyi fikrinə inandırmaq tapşırığı verilib”, - deyə sayt yazırdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm