Nida Xəbər
Azərbaycanlıların şəhərini işğal SSENARİSİ: toqquşmalar davam edir - FOTO/VİDEO
Kərkükdə kürd bayraqlarının dalğalandırılması ilə tarixi
türk torpağı olan bu şəhərin kürdləşdirilməsi ssenarisi işə düşdü.
Hansı ki, bununla bağlı plan uzun illər öncə qurulub və İraqın
ABŞ-ı işğal etdiyi dövrdən etibarən tətbiq edilməyə başlanıb.
2003-cü ildə Amerika əsgərləri İraqa daxil olarkən Kərkük Əmlak
Qeydiyyatı İdarəsinin binası kürdlər tərəfindən yandırıldı. Məqsəd
dünyanın ən yüksək səviyyəli neftinə malik olan Kərkükün
kürdləşdirilməsi idi.
Kərkük türkman şəhəridir. İraq azərbaycanlıları olaraq tanınan
türkmanlar bu ölkənin şimalında kompakt şəkildə yaşayan etnosdur.
Türk dilli xalqlar arasında dili, adət-ənənələri ilə daha çox
azərbaycanlılara yaxındır. Əslində, türkmanlar Azərbaycan
türklərinin içindən çıxmış qruplardır. Səlcuqlar dövründə bu
ərazilərdə məskunlaşan, Səfəvilər dönəmində daha da möhkəmlənən
türkmanlar İraqın 8 əyalətində yaşayır. Kərkük, Mosul, Ninəvə,
Telafer, Səncar, Səlahəddin, Tuzxurmatu, Diyalə bölgələri İraq
azərbaycanlıların məskunlaşdığı ərazilərdir. Türkmanlar İraqda
ikinci böyük toplum hesab olunur.
2003-cü ildə Kərkük Əmlak Qeydiyyatı İdarəsinin binasının
yandırılması da məhz ikinci böyük toplumun məhvinə hesablanmışdı.
Sonrakı dövrdə “Kərkükün işğalı” planı qüvvədən düşmədi və hazırda
da eyni ssenari tətbiq edilir.
İndi nə baş verir?
Publika.az bu suala cavab tapmağa çalışıb.
Novruz bayramı münasibətilə Kərkükdə kürd bayraqları qaldırıldı.
Bu bayram tədbiri fonunda sıradan bir hadisə görünürdü. Lakin daha
sonra şəhərin bütün dövlət binalarında, ictimai yerlərində kürd
bayraqlarının asılması qərarı verildi. Bu qərar Kərkük Vilayət
Məclisində qəbul edildi. Hansı ki, bu məclisdə kürdlər çoxluq
təşkil edir və məlumata görə, onları qərarı türkman və ərəb üzvlər
olmadan qəbul edib. Mərkəzi Bağdad hökuməti bu qərara etiraz
edərək, Kərkük valiliyinə “şəhərdə yalnız İraq bayrağı asıla bilər”
deyə təlimat göndərdi.
Kərkük valisi Necmeddin Kerim isə Bağdaddan gələn təlimatı bir
kənara qoyaraq, kürdlərin bayraq asmasına göz yumdu. Hətta
bayraqların endirilməsi ilə bağlı qərar verilsə də, bu qərar icra
edilmir.
Necmeddin Kerim: Kərkükün kürd əsilli valisinin PKK terror
təşkilatının rəhbərliyi ilə tez-tez gördüşdüyünə dair məlumatlar
var. Ötən il Mosul əməliyyatının başlanması ərəfəsində Kerim PKK
terrorçularının Kərkükə daxil olmasına da icazə vermişdi. Onun PKK
terrorçuları ilə fotoları da kürdlərin mövqeyini müdafiə etdiyini
sübut edir.
Kərkük valisi və PKK-nın liderlərindən olan Karayılan
Silahlar danışacaq
İraq türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad
Salihi Kərkük küçələrində türkman bayraqlarının asılması ilə bağlı
qərar verdiyini açıqlayıb.
“Lakin bu silahlı toqquşmalara səbəb ola bilər. əgər belə bir şey
baş verərsə, məsuliyyət kürd əsilli valinin üzərindədir. Şəhərdə
bəzi hadisələr nəzarətimizdədir, lakin bəziləri yox. Musalla
liseyində türkman tələbələr bayraq asandan sonra, qarşıdurma baş
verdi. Kərkük Universitetinin ədəbiyyat fakültəsində də türkman və
kürd tələbələr arasında dava olub. Daha çox qarşıdurmalar baş
verəcək. Kərkükdə yalnız silahlar danışacaq. Biz burada türk
olmağın əvəzini ödəyirik”, - deyə o bildirib.
Bayraq aksiyası
Hazırda Kərkükün mərkəzində türkmanların etiraz aksiyaları davam
edir. Kərkük Valiliyinin binası önündə toplaşan türkmanlar türkman
bayraqları dalğalandıraraq, kürd bayraqlarının dövlət binalarından
endirilməsini tələb edir. Aksiyada “Kərkük türkmanındır, türkmanın
qalacaq”, “Vali istefa” şüarları səsləndirilir.
“Göy üzünü başlarına yıxarıq”
Rəsmi Ankara məsələsi diqqətdə saxlayır. Xarici işlər naziri
Mövlud Çavuşoğlu bildirib ki, kürd bayraqlarının endirilməsi qərarı
dərhal yerinə yetirilməlidir.
Türkiyə prezidentinin müşaviri yalçın Topçu isə Kərkükün türk
şəhəri olduğunu açıqlayıb.
“Ay-ulduzla döyüş heç kimə qələbə gətirməyib. Göy üzünü başlarına
yıxarıq”, - deyə o, sərt danışıb.
Asif Nərimanlı
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR