Nida Xəbər
Ter-Petrosyandan SƏRT QARABAĞ SÖZLƏRİ: “Bunu könüllü etməsəz...”
“Bundan sonra Qarabağda qurban gedən hər bir əsgərə görə
parlamentdəki siyasi qüvvələr məsuliyyət daşıyır”.
Publika.az xəbər verir ki, bu barədə aprelin 2-də
keçirilən parlament seçkilərində məğlub olan “Erməni milli
konqresi”nin lideri Levon Ter-Petrosyan seçkilərin nəticələri haqda
danışarkən deyib.
Onun sözlərinə görə, parlamentdə təmsil olunan Respublika
Partiyası, “Çiçəklənən Ermənistan”, Daşnaksütyun partiyaları və
“Çıxış” bloku Ermənistan iqtisadiyyatını inkişaf etdirməyə,
çoxmilyardlı investisiyaların axınını təmin etməyə, erməni ordusunu
möhkəmləndirməyə, miqrasiyanın qarşısını kəsməyə və ən vacibi,
Qarabağ münaqişəsini həll etməyə borcludur: “Bu gün sülh lazımdır.
Yeni faciə və qurbanlar lazım deyil. Bundan sonra hər bir əsgərin
axan qanına görə parlamentdəki siyasi güclər məsuliyyət
daşıyacaq”.
Ter-Petrosyan qeyd edib ki, Ermənistanda bir neçə ailə milli
sərvəti qanunsuz yolla mənimsəyib: “Xalq ehtiyac içindədir. Bunun
fonunda seçkinin nəticəsinin başqa cür olacağını gözləmək siyasi
savadsızlıq olardı”.
O, əlavə edib ki, Qarabağ münaqişəsinin “sülh, barışıq,
mehribanlıq” şüarı çərçivəsində həllinin tərəfdarlarının sayı
çoxalır.
“Ermənistanda münaqişənin həllini istəyən ictimai hərəkat yarandı.
Bu hərəkat getdikcə daha da böyüyəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli
konqresi” seçkiyə “sülh, barışıq, mehribanlıq” şüarı ilə
qatılmışdı. Ermənistanın birinci prezidenti hesab edir ki, nə qədər
gec deyil, ərazilər qaytarılmalı və Qarabağ münaqişəsi həll
edilməlidir: “Əraziləri könüllü qaytarmasaq, onu bizdən
sanksiyalarla alacaqlar. Ermənistanın gələcəyi üçün bu addımı
atmalıyıq. Sonrakı nəticələr daha dəhşətli olacaq”.
Asif
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
























.png)













