İrəvan bunu etməsə, Qarabağda müharibə başlayacaq - Ermənistandan ETİRAF
Bizi izləyin

Nida Xəbər

İrəvan bunu etməsə, Qarabağda müharibə başlayacaq - Ermənistandan ETİRAF

Ermənistanda görüşlə bağlı bədbin proqnozlar verilir.

Aprelin 28-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Rusiya xarici işlər naziri Sergey Lavrov görüşəcək.

Publika.az
xəbər verir ki, görüş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli format çərçivəsində keçiriləcək.

Üçtərəfli format təklifi Bakı tərəfindən səsləndirilib. İndiyə qədər Ermənistan bu təklifdən imtina etsə də, nəhayət, görüşə razılaşdığı haqda məlumat yayıldı. Lakin “Qraparak” qəzeti bu gün diplomatik mənbəyə istinadən görüşün olmayacağını yazdı. Bu informasiyadan bir neçə saat sonra Rusiya Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayaraq, görüşün aprelin 28-də keçiriləcəyini açıqladı.

İrəvan üçtərəfli formatdan qaçır və daha çox Minsk qrupu çərçivəsinə üstünlük verir. Buna səbəb Rusiyanın üçtərəfli format çərçivəsində Ermənistanı münaqişənin həllinə məcbur etmək planlarının olmasıdır.

Ermənistanın “lragir” saytı da yazdı ki, İrəvan Moskvanın təzyiqlərindən qaçmaq üçün bu görüşdən imtina edir. Erməni sayt görüşün keçirilməsini isə Bakının diplomatik uğuru olduğunu da vurğuladı.

Artıq rəsmi olaraq görüşün iki gün sonra keçiriləcəyi təsdiqlənib. Ermənistanda görüşlə bağlı bədbin proqnozlar verilir.

Erməni politoloq Stepan Qriqoryan deyir ki, İrəvan Moskvaya qarşı çıxmamaq üçün bu görüşə razılaşdı.

“Lakin görüşdə Ermənistan üçün müsbət nəticələrin olacağını gözləmək lazım deyil. Moskva hansısa güzəştlərin olmasını tələb edəcək, İrəvan güman ki, buna razı olmayacaq. Bu isə cəbhədə yeni eskalasiyanın başlamasına zəmin yarada bilər”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm