Nida Xəbər
Ermənistan ordusunda qırğın gedir: onlarla əsgər ÖLDÜ – Sarkisyana HÜCUM
“Ermənistan ordusunda zabitlər əsgərləri öldürür, bir
sözlə qırğın gedir”. Bu sözləri qətlə yetirilən 19 yaşlı Arsen
Mxitaryanın valideynləri deyir.
Publika.az xəbər verir ki, Ermənistan ordusunda
intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi
hallarının sayı getdikcə artır.
“Epress” saytı yazır ki, A.Mxitaryan hərbi xidmətə gedəndən bir
neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilib. Qətldən bir il vaxt
keçir və əsgərin valideynləri hesab edirlər ki, yüksək vəzifəli
məmurlar qətlin izlərini gizlətməyə çalışır. Ermənistanın hərbi
rəhbərliyi əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş
nəticəsində öldüyünü iddia edib. Daha sonra isə onun intihar etdiyi
iddiası irəli sürülüb. Lakin valideynlər övladlarının ermənilər
tərəfindən qətlə yetirildiyini deyirlər. Onlar Arsenin hərbi
hissədə təzyiqlərə məruz qaldığı haqda danışırlar.
Arsenin anası Lusine Mxitryan danışır ki, “mən oğlumu itirmişəm və
mənə deyirlər ki, ədalət tələb etmə”.
“Bəs, belə ölkədə övladı orduya göndərməyə dəyərmi?”, - deyə o
davam edir.
Qətlə yetirilmiş əsgərin anası erməni analarını övladlarını orduya
göndərməməyə çağırıb: “Əgər belə imkan yoxdursa, onda övladınızın
taleyini lap əvvəldən həll edin, ya ölkədən qaçırın, ya da başqa
bir yola əl atın. Çünki bu ölkədə orduya övlad göndərmək, ölümə
göndərmək kimi bir şeydir”.
L.Mxitran oğlunun qətlinə görə müdafiə naziri Viqen Sarkisyanı
günahlandırıb.
“Orduda hər gün əsgərlərimiz ölür, qətlə yetirilir, başlarına min
oyun açılır. Viqen Sarkisyanın başı isə siyasətə qarışıb”, -
Arsenin anası qeyd edib.
O, əsgər analarının Müdafiə Nazirliyinin binasına hücum etməyə və
Viqen Sarkisyandan hesabat tələb etməyə çağırıb: “Ölən bizim
övladlarımızdır, onlar isə öz keflərindədir”.
Əsgərin atası Artur Mxitaryan isə deyir ki, Ermənistan ordusunun
içində qırğın gedir.
Valideynlərə övladlarının xidmət etdiyi batalyonun komandiri Samvel
Minasyan bildirib ki, “Arsen intihar edib, buna səbəb də öz
ailəsində olan problemlərdir”. Lakin valideynlər ailələrində heç
bir problemin olmadığını və övladlarının intihar etmədiyini
deyir.
Onların sözlərinə görə, hadisə 2016-cı ilin 3 iyulunda olub. Həmin
gün Tavuş rayonunda hərbi hissənin döyüş mövqeyində olan əsgərlər
heç bir güllə səsini eşitmədiklərini deyirlər.
“Yəni Arsen Azərbaycan tərəfinin atdığı güllə ilə ölməyib, nə də
özünü güllələyib. Onu öldürüblər. Mən hadisədən sonra hərbi hissəyə
getdim və oğlumun öldüyü yerə baxdım. Orada heç bir giliz yox idi”,
- deyə ata Artur Mxitaryan danışır.
Mxitaryan ailəsi bildirib ki, “biz özümüzü Ermənistanda
təhlükəsizlikdə hiss etmirik. Əgər başımıza nəsə gəlsə, bilin ki,
bunu onlar (ordu rəhbərliyi) edib”.
Qeyd edək ki, Ermənistan hakimiyyəti orduda itkilərin sayını
gizlətməyə çalışır. Lakin dünən bu ölkənin “Johovurd” qəzeti
2017-ci ilin yanvar ayından indiyə qədər orduda 26 itkinin olduğunu
yazıb.
“Hərbi qulluqçulardan 10-u döyüş şəraitində, 16-sı isə intihar,
qətl, silahla ehtiyatsız davranma və qəza nəticəsində ölüb”, - deyə
qəzet statistikanı açıqlayıb.
Lakin qeyd edib ki, bu statistika ictimaiyyətə məlum olan
informasiyalar əsasında hazırlanıb. Reallıqda isə itkilərin sayı
daha çoxdur.
Asif
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub







.jpg)






.jpg)




















.jpg)



