Nida Xəbər
Bakının B planı düşməni QORXUYA SALDI: Türkiyə-Azərbaycan ordusu Ermənistan sərhədində
ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 10-da İrəvanda
səfərdə oldular. Daha sonra işğal olunmuş Azərbaycan torpaqlarına
səfər edən həmsədrlər iyunun 19-da Bakıya gələcəklər.
Publika.az xəbər verir ki, həmsədrlərin səfərinin
münaqişənin həllinə ciddi töhfə verəcəyi ehtimalı olduqca azdır.
Çünki əsas tezis kimi təmas xəttində atəşkəsə nəzarət
mexanizmlərinin quraşdırılması məsələsi irəli sürülür, hansı ki, bu
Qarabağda erməni işğalının möhkəmləndirilməsi ilə nəticələnəcək.
İrəvanda erməni rəhbərliyi ilə görüşdə məhz bu məsələlər müzakirə
olunub. Bununla yanaşı, həmsədrlərin Xankədində qondarma “DQR”-in
“bayrağı” altında əyləşərək, “prezident” Bako Saakyanla görüşməsi
də onların mövqeyinin aydınlaşması baxımından çox şey deməkdir.
Bütün hallarda regiona səfərin konkret nəticələri haqda iyunun
19-dan sonra danışmaq olar. Lakin rəsmi Bakı hələ ki, susur.
Bakının susqunluğu isə Ermənistanda ciddi qorxulara səbəb olub.
Erməni siyasi şərhçi Naira Ayrumyan qorxu ilə iddia edir ki,
Azərbaycanın B planının olması mümkündür.
“Bakının susqunluğu tufandan öncəki sakitliyə bənzəyir. Ola bilər
ki, Azərbaycanın B planı mövcuddur. Türkiyə-Azərbaycan qoşunlarının
Naxçıvanda Ermənistan sərhədinə yaxın ərazidə təlimlər keçirməsi də
diqqət çəkir”, - deyə o bildirib.
Asif
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?























.png)












