Nida Xəbər
Azərbaycana qarşı dəhşətli hücum planı: İrəvan qadağan olunmuş SİLAHA ƏL ATIR
Azərbaycan Ordusunun gücünə qarşı çıxa bilməyən
Ermənistan olduqca təhlükəli və dəhşətli yola əl atır.
Publika.az xəbər verir ki, düşmən ölkənin
Azərbaycana qarşı kimyəvi, bioloji və bakterioloji silahdan
istifadə edə biləcəyinə dair informasiyalar var.
“Kavkazplus” saytı yazır ki, İrəvan “strateqləri” kütləvi qırğın
silahına malik olmaq ideyasından əl çəkmirlər: “Ermənistan nüvə
bombasından daha ucuz başa gələn, lakin olduqca dəhşətli qırğınlara
səbəb ola biləcək kimvəyi və bakteroloji silahdan istifadə etməyə
hazırlşır. Qarabağ müharibəsində erməni tərəfinin kimyəvi silah
tətbiq etdiyinə dair faktlar var. Lakin hazırda Ermənistan
hakimiyyəti kimyəvi silah proqramlarını məxfiləşdirib. Kimyəvi
silaha paralel olaraq, bakterioloji və bioloji silah üzərində iş
aparılır. Mütəxəssislərin qiymətləndirmələrinə görə, bu silahların
tətbiqi böyük effekt yaradır”.
Sayt bakterioloji silahın müasir növlərini təqdim edir: “İnsanları
hədəfə almaq, eyni zamanda, heyvan və kənd təsərrüfatı bitkilərini
vurmaq; böyük psixoloji təsir; yoluxdurucu xəstəliklər və s.
Ermənistanın iqtisadi vəziyyəti müasir silahlar əldə etməyə imkan
vermir, buna görə də daha ucuz olan bakterioloji və biloji
silahlara üstünlük verir”.
Məqalədə vurğulanır ki, erməni lobbisi bu silahların əldə
edilməsində ABŞ və NATO-nun Yaxın Şərqdə bakterioloji silah
üzərində nəzarəti əldə etmək cəhdindən istifadə edir.
“Erməni lobbisinin ABŞ-da gücünü nəzərə alsaq, istina deyil ki,
yaxın vaxtlarda Ermənistan Amerikanın köməyi ilə bakterioloji silah
əldə edəcək. Lakin İrəvan daxilində bu məsələyə görə ikitərəfli
fikir var. Rusiyayönümlü məmurlar bundan açıq şəkildə
narazılıqlarını bildirirlər. Onlar İrəvan rejimi bakteroloji silah
əldə etmək üçün ABŞ-la əməkdaşlıqdan imtina etməyə çağırır”, - deyə
sayt vurğulayır.
Məqalədə erməniyönmülü “EADaily” saytının “Ermənistanda
bio-laboratoriyaların yaradılması kimə lazımdır” başlıqlı
məqaləsini xatırladır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qeyd edək ki, “EADaily” saytının məqaləsində ABŞ-ın Ermənistan da
daxil olmaqla post-sovet məkanında bioloji laboratoriyalar
yaratdığı deyilir. Məqsəd bölgədə Vaşinqtonun maraqlarını bu
silahlar vasitəsilə həyata keçirməkdir. Ehtimallar var ki, İrəvan
rejimi erməni lobbisinin dəstəyi ilə bakterioloji silah əldə edə
bilər.
“Kavkazplus” saytı yazır ki, Ermənistanın əsas hədəfi Azərbaycanın
sərhədboyu və cəbhəboyu ərazilərində yaşayan mülki əhalidir.
“İyunun 4-də iki yaşlı Zəhra və onun nənəsinin qətlə yetirilməsi də
bunu göstərir. İrəvan rejimi Qarabağ münaqişəsinin sülh yolu ilə
həllindən qaçır və qonşu dövlətlərin ərazilərini işğal etmək
planlarını gizlətmir. Görünür, Ermənistan işğal etmək istədiyi
ərazilərdə yerli əhalini baktereoloji silahla təmizləmək, daha
sonra həmin əraziyə girmək planları var”, - deyə sayt diqqətə
çatdırıb.
Asif
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır

















.png)


















