Nida Xəbər
Ərdoğanın Əliyevə dediyi sözlər Ermənistanı QORXUYA SALDI: Türkiyə Qarabağda...
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə keçirilən
22-ci Dünya Neft Konqresində iştirak edir.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti Türkiyəyə
səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla
ikitərəfli görüş keçirib.
Məlumata görə, görüşdə təmas xəttində baş verənlər, Ermənistanın
sonuncu təxribatı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi müzakirə
olunub.
Görüş haqda “Twitter” səhifəsində məlumat verən Ərdoğan “Qardaşım
cənab İlham Əliyevlə ikitərəfli münasibətləri və regional
məsələləri müzakirə etdik. Qardaşlığımız güclənərək davam
edəcəkdir”, - deyə yazıb.
Azərbaycan-Türkiyə liderlərinin görüşü və Ərdoğanın mesajı iyulun
4-də Füzulinin Alxanlı kəndinə hücum edən və aralarında iki yaşlı
uşaq da olmaqla mülki azərbaycanlıları qətlə yetirən Ermənistanda
qorxulara səbəb olub.
Erməni siyasi şərhçi Akop Badalyan “lragir” saytında yazır ki,
iyulun 4-də baş verən hadisədən sonra Azərbaycan erməni hərbi
birləşmələrinin mövqelərinə zərbələr endirdi: “Bu cavab zərbəsi
adlandırılırdı, lakin Bakının zərbələrə davam edəcəyi
gözləniləndir. Bu baxımdan, İstanbulda Əliyevlə Ərdoğanın baş
verənləri müzakirə etməsi təsadüfi deyil. Hesab etmək olar ki, bu
müzakirələr təmas xəttində növbəti hadisələrin inkişafını
müəyyənləşdirəcək”.
Erməni şərhçi Türkiyənin Azərbaycana dəstək verəcəyini qeyd
edib.
“Türkiyə beynəlxalq aləmdə müxtəlif cəbhələrlə mübarizə aparır, bu
baxımdan, Bakıya dəstəyin təxirə salınacağını düşünmək olardı.
Lakin müzakirələr və çıxışlar Türkiyənin dəstək verəcəyini deməyə
əsas verir”, - deyə o bildirib.
Asif
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır

















.png)


















