Nida Xəbər
Bakı sabah İrəvana məhv olmamaq üçün son ŞANS VERƏCƏK: Ermənistan TƏŞVİŞ İÇİNDƏ
Sabah – iyulun 11-də Azərbaycan və Ermənistan xarici
işlər naziri Brüssüldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının
qeyri-formal iclası çərçivəsində görüşəcək. Görüşdə konkret nələrin
müzakirə ediləcəyi müəmmalıdır. Çünki iyulun 4-də Ermənistanın
mülki azərbaycanlıları qətlə yetirməsindən sonra cəbhədə vəziyyət
kifayət qədər gərginləşib və sülh danışıqları dalan girişi daha da
dərinləşib. Bu baxımdan, sabahkı görüşün olduqca gərgin və
nəticəsiz keçəcəyi ehtimalı böyükdür. Lakin Bakının İrəvan
qarşısında konkret şərtlə çıxış edəcəyi də gözlənilir.
Erməni jurnalist Sarkis Artsruni yazır ki, Azərbaycan Ermənistan
qarşısında tələblə çıxış edəcək: “Ya əraziləri qaytar, ya da
müharibə başlanır”.
Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan da Azərbaycan
Ordusunun mülki əhalinin qətlinə cavab olaraq erməni hərbi
birləşmələrinin çoxsaylı canlı qüvvəsi və hərbi texnikasını məhv
etməsini şərh edərkən, “Azərbaycan genişmiqyaslı müharibəyə
hazırlaşır”, - deyə narahatlığını gilə gətirib. Bu, İrəvanın siyasi
və hərbi rəhbərliyinin təşviş içində olduğunu göstərir.
S.Artsruni bunları qeyd edir: “Əgər həmsədrlər təcili nəsə
etməsələr, Qarabağda şiddətli döyüşlər başlanacaq”.
“Azərbaycan güman ki, son şərti irəli sürəcək”, - deyə o
vurğulayıb.
“Lragir” saytı da Azərbaycanın Ermənistana “sülh əvəzinə əraziləri
qaytarmaq” şərtini irəli sürdüyünü yazıb.
“Brüssel görüşü Qarabağda növbəti hadisələrin inkişafını
müəyyənləşdirəcək və bu, olduqca gərgin olacaq”, - deyə erməni
saytı Bakının səbrinin tükəndiyinə işarə edib.
Asif
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır

















.png)


















