Nida Xəbər
XİN: Ermənistan substantiv danışıqları davam etdirməyə mane olur
ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur.
Bunu Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moldovada keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
H.Hacıyev deyib: "Münaqişənin substantiv danışıqlar yolu ilə həlli prosesindən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasından boyun qaçıran tərəf məhz Ermənistandır. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur. Ermənistan texniki-köməkçi vasitələrlə danışıqlar prosesinin mahiyyətindən, yəni işğala son qoymaq və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarının çıxarılmasından yayınmağa çalışır".
Mətbuat Xidmətinin rəhbəri əlavə edib: "Ermənistan tərəfi qəsdən və məqsədyönlü şəkildə təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini hədəfə alır və bunun nəticəsində 4 iyul tarixində Alxanlı kəndində 2 yaşlı qızcığaz və onun nənəsi həlak olub, daha bir qadın isə yaralanıb. İndi Ermənistan xarici işlər naziri hər-hansı mənəvi-etik çərçivələrdən kənar bir şəkildə insanlıq əleyhinə olan bu cinayətə, qəsdən azyaşlı uşağın öldürülməsinə bəraət qazandırır".
H.Hacıyev bildirib ki, Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyi olaraq qalmaqda davam edir.
Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etməyin yeganə yolu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair planının Ermənistan tərəfindən həyata keçirilməsidir. (trend)
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır

















.png)


















