Nida Xəbər
İrandan Qarabağla bağlı Ermənistana SƏRT XƏBƏRDARLIQ: Tehran imkan verməyəcək ki...
İran Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır və Ermənistanla Azərbaycanı dialoqa çağırır.
Trend-in məlumatına görə, bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib.
İran XİN-in bu açıqlamasına diqqət verməmək olardı, amma B.Qasımi münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunmasının Tehran üçün “daimi narahatlıq” mövzusu olduğunu deyib və əminliyini bildirib ki, münaqişənin həll olunması regionda stabillik və təhlükəsizliyi artıracaq.
Böyük ehtimalla söhbət münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsindən gedir. Yerevan uzun müddətdir ki, sülhməramlıların bölgədə yerləşdirilməsini arzulayır, onun fikrincə, bu, Dağlıq Qarabağ münaqişəsində yaranmış status-kvonu gücləndirəcək.
Digər tərəfdən, əgər söhbət sülhməramlılar haqqında getmirsə, İran bu məsələdə daha kəskin mövqe ifadə edə bilər. İran Ermənistanın ciddi cəhdlə bölgəyə cəlb etməyə çalışdığı üçüncü qüvvələrə münaqişəyə müdaxilə etməyə imkan verməyəcək.
Bəhram Qasıminın açıqlamasında Ermənistana digər eyhamı ondan ibarət idi ki, İran şimal sərhədlərinin yaxınlığında baş verən prosesləri diqqətlə izləyir və münaqişənin İran əhalisinə ziyan vurmasına icazə verməyəcək.
Məsələ ondadır ki, söhbət etnik azərbaycanlıların sıx yaşadığ İran bölgələrindən gedir və Azərbaycan heç bir halda onlara qarşı güc tətbiq etməyə hazırlaşmır. Ermənistan bütün azərbaycanlıları öz qan düşməni kimi görür.
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?