Nida Xəbər
"Torpaqlar ikinci məsələdir" - Azərbaycan bu yolla düşməni DİZ ÇÖKDÜRÜR: Papyan ETİRAF ETDİ
“Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara
getmədən, istədiyinə nail olur”.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
bu barədə “Vivendi Modus” mərkəzinin rəhbəri, politoloq Ara Papyan
deyib.
Onun sözlərinə görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin
köhnəlməsinə imkan vermir.

“Bunun nəticəsində Ermənistan və Qarabağda miqrasiya güclənib. Bu,
Azərbaycanın ən böyük qələbəsidir. Torpaqlar ikinci məsələdir,
birinci məsələ insanlardır, çünki torpağı onlar müdafiə edir”, -
deyə o bildirib.
Papyan silahlanma haqda danışarkən, Ermənistanın “İskəndər”
raketlərindən istifadə edə bilməyəcəyini deyib: “İskəndər” son
silahdır, yəni ondan yalnız heç bir alternativ qalmayanda istifadə
edilə bilər. Əminəm ki, Ermənistanın “İskəndər”lərdən istifadə
etməsi üçün vəziyyət yaranmayacaq”.
Erməni politoloq qeyd edib ki, hərbi qarşıdurmanın davam etməsi
Xankəndi üzərində bayrağın dəyişməsi ilə nəticələnəcək.
“Ermənistanda bunu anlayırlar. Sülhün saxlanılması paritetin
saxlanılmasıdır. Başqa çıxış yol yoxdur. Erməni tərəfi yaxşı
anlayır ki, müharibə Xankəndi üzərində bayrağın dəyişməsi ilə
nəticələnəcək”, - deyə o bildirib.
Asif
-
Hadisə21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA











.jpg)















.jpg)





.jpg)




