Nida Xəbər
İstanbulda kriminal qruplar arasında ATIŞMA: azərbaycanlı yaralandı - VİDEO
İstanbulda silahlı qruplar arasında atışma baş
verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki,
atışmada iştirak edənlərdən biri də Ariqməmmədov soyadlı Azərbaycan
vətəndaşıdır.
Məlumata görə, sentyabrın 23-də Orxan Aşıkgöz adlı Türkiyə
vətəndaşı və azərbaycanlı olan Ariqməmmədov axşam saatlarında
İstanbulun Sultanqazi rayonunda avtoparkda əyləşiblər. İki ağ
rəngli avtomobillə avtoparka gələn şəxslər atəş açmağa başlayıb.
Açıkgöz və Ariqməmmədov da onlara cavab verib. 8 cinayəti olan
Açıkgöz həyatını itirib, Ariqməmmədov isə ayağından yaralanıb.
İstanbul polisinin araşdırmasında məlum olub ki, hadisə narkotik
satan iki kriminal dəstə arasında baş verib. Hücum edən şəxslərin
Silivri Büyüksinekli kəndində bağ evində gizləndiyi ortaya çıxıb.
Xüsusi təyinatlı polis qüvvələrinin iştirakı ilə hücum edən şəxslər
tutulub.
Tutulanlar 8 cinayəti olan 35 yaşlı Vahap Polat, 8 cinayəti olan 35
yaşlı Agit Kavak, 9 cinayəti olan 23 yaşlı Mahsun Kavak və 3
cinayəti olan 24 yaşlı Yasin Gençdir. Əməliyyat zamanı polisə atəş
açan Agir Kavak qıçından vurulduqdan sonra tutulub.
Asif
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO