ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verdi
Bizi izləyin

Nida Xəbər

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verdi

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

Bu barədə o, bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.

K.Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Tsereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.

O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm