“Səməd Behrəngi” mükafatının təşkilat komitəsi məlum oldu
Bizi izləyin

Digər

“Səməd Behrəngi” mükafatının təşkilat komitəsi məlum oldu

“Səməd Behrəngi” ədəbi mükafatının münsif heyəti və təşkilat komitəsi məlum oldu

“Səməd Behrəngi” ədəbi mükafatının münsif heyəti və təşkilat komitəsi məlum olub.

Azərbaycan Yazıçılar Birliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan Litdiaspora. az saytının təşkil etdiyi mükafatda nüfuzlu münsif heyəti iştirak edəcək. İki mərhələli qiymətləndirmə aparacaq münsiflərin tərkibində həmçinin Güney Azərbaycandan olan yazarlar da var:

Modern. az mükafatın münsif heyətini sizlərə təqdim edir:

Fikrət Qoca, (xalq şairi)

Sabir Rüstəmxanlı, (xalq şairi)

Qənirə Paşayeva (millət vəkili)

Məsiağa Məhəmməd, araşdrmaçı-şərqşünas

Elçin Mirzəbəyli, (şair – jurnalist)

Ramin Cahangirzadə, (güneyli yazar)

Aydın Araz, (güneyli yazar)

Duman Ərdəm, (güneyli yazar)

Ziba Kərbasi, (güneyli yazar)

Bozorg Əmin, (güneyli yazar)

Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, ədəbi mükafatın təşkilat komitəsinin sədri seçilib. Modern .az portalının əməkdaşı, gənc yazar Elmin Nuri isə ədəbi mükafatın təşkilat komitəsinin katibi seçilib. Xalq şairi Söhrab Tahir isə fəxri sədr elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm